Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumatverici lövhələr hazırlayıb. BDYPİ-dən ONN media -ya bildirilib ki, magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun. BDYPİ əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir. Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər. BDYPİ-nin Yol Patrul Xidməti Alayının komandir müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb. Xosrov Nəcəfov onu da bildirib ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.
Sürücülər və piyadalar üçün MÖHTƏŞƏM YENİLİK



DİN piyada və sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
DİN-dən bunu edən sürücülərə MÜRACİƏT
DYP bu şəxslərə müraciət etdi
BDYPİ bu piyadalara müraciət etdi
3 ay ərzində nə qədər piyada cərimələnib?
Yol polisi piyadalara müraciət etdi
DYP bu sürücülərə xəbərdarlıq etdi
Sürücü və piyadalara xəbərdarlıq olunub
Qaradağda REYD: 15 sürücü saxlanıldı, səbəbi isə...
Bakıda ilk: Piyada üçün asfalt işıqlandırıldı
DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 