Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub. ONN media xəbər verir ki, milli komandamıza növbəti vəsiqəni güləşçimiz Elis Manolova qazandırıb. 68 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Bolqarıstanın paytaxtı Sofiyada Dünya Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, bu hüquqa yiyələnib. O, yarımfinalda Qazaxıstan idmançısı Cəmilə Bakbergenova qalib gələrək bu uğura imza atıb. Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 22-yə çatıb. Elis qadın güləşi millimizin buna nail olan 2-ci üzvü olub. Onadək Mariya Stadnik (50 kq) də Yaponiya paytaxtında çıxış şansı qazanıb. Qadın güləşçilərdən başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), Yunan-Roma güləşçisi İslam Abbasov (87 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib. Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Millimiz Tokio-2020-yə daha bir lisenziya qazandı



Azərbaycan Tokio-2020-ni bu medallarla başa vurdu - SİYAHI
Olimpiya Oyunlarına bu idmançılarımız gedir - SİYAHI
Güləşçimiz erməni rəqibini məğlub etdi
Hacı Əliyev FİNALDA
Azərbaycan Tokioda bir gündə üçüncü qızıl medalı qazandı
Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır
Tokio-2020: Şərif Şərifov bürünc medal uğrunda mübarizə aparacaq
Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi bilindi
Azərbaycanın yığması 1/8 finala vəsiqə qazandı
İdmançımız finala yüksəldi
Paris-2024: Mariya Stadnik ilk görüşünə çıxacaq
Tokio-2020: Azərbaycanın qadın bayraqdarı bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 