Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentliyindən bildirilib. Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırılması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir. İyunun 1-dən 133 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsi - Gənclik m/s ) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu üzrə Gülməmməd Ramazanov küç., Mərkəz Binəqədi, Binəqədi 2ci Mədən, Novxanı yolu, Səttar Bəhlulzadə 55C, Nəcəf Nərimanov 19, A.Hüseynov küç., Azadlıq pr.104, Məsud Davudoğlu 32 və Azadlıq pr. BSM yanı (Nəsimi rayonu) ünvanlarındakı OBA marketlərdə BakıKart balansının artırılması üçün POS terminallar quraşdırılıb. İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
Bakıda daha bir marşrut xətti kart sisteminə qoşulur



Bakıda daha bir marşrut avtobusu kart sisteminə keçdi
Sabahdan bu marşrut kartla ödənişə keçir
Bu marşrut xətti üzrə gediş haqqı “BakıKart”la ödəniləcək
Daha 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI
Bu avtobus da “BakıKart”a keçir
Daha bir avtobus kart sisteminə keçdi
Daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
Daha bir marşrut xətti "BakuBus"a verildi
Daha bir avtobus kart sisteminə keçir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 