Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ali Məclisin Sədri “Sarsılmaz qardaşlıq - 2021” birgə döyüş atışlı taktiki təlimin uğurla başa çatması, eləcə də yeni vəzifəyə təyin olunması münasibətilə Yavuz Türkgənciyə və nümayəndə heyətinə təbriklərini çatdırıb. Ali Məclisin Sədri Azərbaycan-Türkiyə birgə təlimlərinin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiramını ifadə edib.
Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlığını bildirib, ikitərəfli əlaqələrimizdə ordu quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirib. Yavuz Türkgənci bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini və hər zaman Azərbaycanın yanında olacaqlarını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.



Türkiyənin ordu komandanı Vasif Talıbovla görüşdü
Vasif Talıbov Hulusi Akarın müavini ilə görüşdü
Vasif Talıbov Zakari Qrosla görüşdü
Naxçıvana yeni baş nazir təyin olundu
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda
Naxçıvanda Türkiyə ordusu ilə birgə təlim keçirildi - FOTOLAR
Vasif Talıbov onları təltif etdi
Naxçıvandakı qoşunlara 22 pikap verild
Ali məclisə yeni TƏYİNAT
Vasif Talıbovun istefa səbəbi açıqlandı
Vasif Talıbovdan YENİ TƏYİNAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 