“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri təbii aktdır. Bizim Türkiyə Respublikası ilə o qədər sıx əməkdaşlıq əlaqələrimiz var ki, demək olar ki, il ərzində prezidentlər bir neçə dəfə qarşılıqlı səfərlər edirlər. Bu səfərlərdə həm ikitərəfli münasibətləri, həm də regional durumu nəzərdən keçirirlər. Bu baxımdan hesab edirəm ki, Ərdoğanın Bakı səfərində qeyri-adi nəsə axtarmağa dəyməz”. Bunu açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. Millət vəkili bildirib ki, bu səfərin anonsu hələ may ayının əvvəlindən verilib: “Cənab Ərdoğan öz çıxışlarının birində bəyan etmişdi ki, Ramazan bayramı bitəndən sonra Azərbaycana səfər edəcək. Eyni zamanda, bu səfər çərçivəsində Şuşaya gedəcək. Məndə olan məlumata görə, Şuşada Türkiyə konsulluğunun açılması nəzərdə tutulub. Burada türk liseyinin təməl daşının qoyulması da planlaşdırılır”. Deputatın fikrincə, əslində bu, Şuşanın bir Azərbaycan şəhəri olaraq əbədi mövcudluğunun saxlanmasının bir nümayişidir: “Burada təkcə Azərbaycanın yox, Türkiyənin də iradəsi var. Bu səfər Ermənistanda revanşist düşüncədə olanlar üçün də bir mesajdır. Həm də erməniləri himayə edən beynəlxalq güclərə bir ismarışdır. Ona görə də düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri həm öz xalqlarımıza, həm də dünyaya Azərbaycan-Türkiyə qardaşlıq, dostluq münasibətlərinin bir nümayişidir”.
Ərdoğan Şuşada bu açılışları edəcək - Deputat



Ərdoğanın Şuşa səfəri nə vaxt olacaq?
Deputat Ərdoğanın Şuşa səfərindən danışdı
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir
Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI
Ərdoğan Bakıya səfər edəcək
Ərdoğan Azərbaycana gəlir
Ərdoğan Yunanıstana səfər edəcək- 65 İLDƏN SONRA İLK DƏFƏ
Ərdoğan Afrikaya səfər edəcək
Ərdoğanın ABŞ səfəri niyə baş tutmur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 