Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” Yaxın Şərqə daha bir istiqamət açır. "Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, 30 oktyabr 2019-cu il - 28 mart 2020-ci ilin qış cədvəli çərçivəsində aviaşirkət həftədə iki dəfə - çərşənbə və şənbə günləri olmaqla Bəhreynə birbaşa uçuşlar həyata keçirəcək. Yeni reyslər Azərbaycana əlavə turist axınına şərait yaradacaq. Eyni zamanda, Bəhreyn özü də qədim abidələri, rəngarəng təbiəti və əla dalğıclıq imkanları ilə səyahətçiləri cəlb edir. Həmçinin Bəhreynin paytaxtı Manama hər il keçirilən Formula 1 Qran Pri yarışına evsahibliyi edir. Qeyd edək ki, daha əvvəl loukoster Səudiyyə Ərəbistanının Ər-Riyad və Dammam şəhərlərinə birbaşa reyslər açmışdır. Yeni istiqamətin açılması İran Körfəzi ölkələrindən Azərbaycana əlavə turist axınına şərait yaradacaq və iki ölkə arasında işgüzar əlaqələri gücləndirəcək. Yaxın gələcəkdə "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Yaxın Şərqin bir sıra digər şəhərlərinə birbaşa reyslər açmağı planlaşdırır. Aviabiletləri aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur. Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür: · facebook.com/ButaAirways · instagram.com/ButaAirways · twitter.com/ButaAirways · t.me/Buta_Airways “Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir.
“Buta Airways” Bəhreynə birbaşa reys açır



Azərbaycandan Batumiyə birbaşa aviareys açıldı
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
“Buta Airways” Gürcüstanın məşhur kurortuna birbaşa aviareys açır
“Buta Airways” aviaşirkətinin donanmasına yeni təyyarə əlavə olunub - FOTOLAR
"Buta Airways" İzmirə xüsusi reyslər həyata keçirəcək
"Buta Airways" İzmirə birbaşa reyslər açır - İnanılmaz qiymət
DİQQƏT: Bakıdan Kiyevə uçuş ləğv edildi
“Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə etdi
Azərbaycan Rusiyaya uçuşları bərpa edir
Bu gündən Bakıdan Sofiyaya birbaşa uçuşlara başlanır - İLK DƏFƏ
Sankt-Peterburqdan Bakıya yeni reys açılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 