Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat xidmət növünü təqdim edib. Belə ki, Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və sahibkarlar Kapital Bank-dan sifariş verdikləri əmək haqqı kartlarını çatdırılma xidməti ilə ofislərində əldə edə bilərlər. Bu xidmət Müştəri Bank vasitəsilə sifariş olunan əmək haqqı kartlarına şamil edilir. Bunun üçün Müştəri Bank-da kart sifariş verən zaman “Ünvana çatdırılma” xidmətini seçməklə sifariş etmək mümkündür. Çatdırılma, hələlik Bakı və Abşeron üzrə mümkündür. Lakin gələcəkdə ölkənin regionlarında da həyata keçiriləcək. Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s. Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
"Kapital Bank" Azərbaycanda ilk dəfə əmək haqqı kartlarının ünvana çatdırma xidmətini təqdim edir



ƏDV-ni avtomatik hesablayıb ödəmək mümkün oldu
Sahibkarlar E-manatla pulsuz mədaxil edə bilərlər
Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr
"Kapital Bank" kartların müddətini uzatdı
Azərbaycanda bu şəxslər 8-10 min manat əmək haqqı alır
Ölkənin ilk rəqəmsal bankı fəaliyyətə başladı
Türkiyədə minimum əmək haqqı artdı
"Kapital Bank" “Sürətli tender” limitini bir qədər də artırdı
Kapital Bank daxili ipoteka kreditinin faizini endirdi!
Minimum əmək haqqı nə qədər artacaq?
Terminallarla pul köçürərkən faiz tutulacaq - AÇIQLAMA
Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 