AzTV, Mədəniyyət TV və İdman TV kanallarının yayımı bu gün saat 16:00-a qədər müvəqqəti olaraq dayandırılıb. AzTV-dən verilən məlumata görə, bu, HD yayıma keçidlə bağlıdır. Maraqlıdır, Azərbaycanda digər kanallar HD yayıma nə vaxt keçib? ONN media xəbər verir ki, İctimai Televiziya hələ 2012-ci ilin may ayında HD yayımın ilk sınaqlarını edib. Kanal 16 oktyabr 2017-ci ildən HD yayıma tam keçid edib. Azad Azərbaycan Televiziyası 21 dekabr 2015-ci ildə, ARB telekanalı 5 aprel 2021-ci ildə, Speys TV isə 11 yanvar 2021-ci ildə HD yayıma keçib.
Qeyd edək ki, AzTV-nin sədri Rövşən Məmmədov ötən ilin dekabr ayında keçirilən illik onlayn mətbuat konfransı zamanı dövlət telekanalının yanvar ayının ilk ongünlüyündə HD yayıma keçəcəyini açıqlamışdı. MTRŞ-nın 28 dekabr 2017-ci ildə keçirilən iclası zamanı isə 1 yanvar 2018-ci il tarixdən AzTV və Mədəniyyət TV kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilmişdi. (kult.az)AzTV HD yayıma keçən son kanal oldu?



Yeni telekanal fəaliyyətə başlayır - Adı nə olacaq?
Şuşada AzTV-nin yayımına başlandı
Tamaşaçılara xəbərdarlıq
Tanınmış jurnalist AzTV-də yüksək vəzifəyə təyin edildi
AzTV-də yeni Bədii Şura yaradılacaq
AzTV-nin əməkdaşına PA-da yüksək vəzifə verildi
AzTV-də yeni TƏYİNAT
"Real TV" sabah tam yayıma başlayır: nələr olacaq?
Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama
AzTV-də yoxlamalar aparılır: "İki həftədir..."
AzTV-nin əməkdaşları işdən çıxarıldı
AzTV-nin iki ölkədə bürosu bağlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 