Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərkibinə daxil olan televiziya kanallarının loqosunu dəyişdirib. Eyni zamanda, “İdman Azərbaycan” kanalının adı İdman TV olub. ONN media xəbər verir ki, bu barədə açıqlama verən QSC-nin mətbuat katibi Mübariz Aslanov bildirib ki, artıq hər bir kanal bayrağımızın bir rəngini özündə cəmləşdirəcək: “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC) 3 kanalı özündə birləşdirir. Əgər fikir verirsinizsə, hər 3 kanal özlüyündə Azərbaycanın dövlət bayrağının rənglərini özündə əks etdirir. AzTV - göy, Mədəniyyət - qırmızı, İdman - yaşıl rəngdədir. Düşünürük ki, dövlət bayrağımızın rəngləri artıq daha müasir və fərqli formada öz əksini tapır”. QSC rəsmisi loqonun üçbucaq olmasına da aydınlıq gətirib: “Üçbucağın rəmzi mənasına gəlincə, bu fiqurla bağlı ayrı-ayrı siyasi, fəlsəfi və dini ədəbiyyatlarda müxtəlif fikirlər və açıqlamalar var. Ən mühüm fikirlərdən biri isə üçbucağın keçmiş, bu gün və gələcəyi özündə simvolizə etməsidir. AzTV tarixi keçmişə və 63 illik zəngin ənənələrə malik doğma kanalımızdır. Odur ki, bu ənənələr qorunur və daim qorunacaq. Lakin biz müasir dövrdə yaşayırıq və müasirliklə ayaqlaşmağa çalışırıq və dəyişirik. Odur ki, zamanın tələbləri də bizim üçün önəmlidir. Amma bütün bunlarla paralel biz gələcəyə baxırıq. Üçbucağın rəmzi mənaları da budur. Beləliklə, fiqurun hər 3 tərəfi özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir”. Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama



Baş nazirdən AzTV ilə bağlı qərar
Prezident AzTV-yə 3 milyon manat ayırıb
Məşhur aparıcı AzTV -də
Talıbovdan daha bir TƏYİNAT
AzTV-nin sədri işdən çıxarıldı
AzTV yeni yayım formatına keçəcək
İlham Əliyev AzTV-yə sədr təyin etdi - Sərəncam
AzTV-nin mətbuat xidmətinin rəhbəri İŞDƏN AZAD EDİLDİ
Vasif Talıbov Xaliq Babayevə YÜKSƏK VƏZİFƏ verdi
Tanınmış jurnalistə AzTV-də vəzifə verildi
AzTV-nin əməkdaşları işdən çıxarıldı
SON DƏQİQƏ: AzTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu, 1-i öldü
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 