Azərbaycan Televiziya və Radio Verilişləri QSC 2022-ci illə bağlı ənənəvi hesabatını yayıb.
ONN media xəbər verir ki, qurumun nəzdində fəaliyyət göstərən üç televiziya kanalı – AzTV, Mədəniyyət TV və İdman TV-də 2022-ci ildə ümumilikdə 17 adda yeni veriliş yayımlanmağa başlayıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara, həmçinin dövlət və rəsmi səfərlərindən hazırlanmış xüsusi buraxılışlar efirə verilib, videoçarxlar hazırlanaraq müxtəlif resurslarda paylaşılıb.
İlham Əliyev 2022-ci ilin may ayının 30-da “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb, işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayrılıb.
Sərəncam QSC-yə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, Azərbaycan Radiosu və Beynəlxalq Radionun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə imzalanıb.
2022-ci ilin birinci yarısında Teleradio Akademiyasından 85 müdavim məzun olub. Növbəti tədris ilində müsahibələrdən uğurla keçən 53 müdavim təhsilini davam etdirir.
Cari ildə 138 nəfər QSC-də işlə təmin edilib, 208 nəfər işdən azad edilib. Təqaüd yaşına çataraq işdən azad edilmiş işçilərin sayı isə 49 nəfərdir



Prezident AzTV-yə 3 milyon manat ayırıb
Baş nazirdən AzTV ilə bağlı qərar
AzTV-nin sədri işdən çıxarıldı
İlham Əliyev AzTV-yə sədr təyin etdi - Sərəncam
Azərbaycanda bu kanal adını dəyişdi – Açıqlama
Tanınmış jurnalist AzTV-də yüksək vəzifəyə təyin edildi
Bu telekanala yeni direktor təyin olundu
Azərbaycanda televiziya və radiolarda çalışanların sayı açıqlanıb
AzTV-də yeni TƏYİNAT
AzTV yeni yayım formatına keçəcək
AzTV-də yeni layihə
AzTV -dən iki nəfər İŞDƏN QOVULDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 