Qırğızıstanla Tacikistan arasındakı sərhəddə vəziyyət yenidən kəskinləşib. ONN media xəbər verir ki, rəsmi Bişkek Qırğızıstan tərəfini sərhədlərin delimitasiyasına və demarkasiyasına dair əldə edilmiş razılaşmaları pozmaqda ittiham edib. Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin bu gün səhər yaydığı bəyanatda bildirilir ki, iyunun 4-də, təxminən saat 03.00 radələrində tacik tərəfi Oş vilayətinin Çon-Alay rayonunda, Unju Bulak adlanan ərazidə konteynerlər yerləşdirməyə başlayıb. Bununla da Tacikistan hərbçiləri Qırğızıstan ərazisinin içərilərinə doğru 1000 metrə qədər irəliləyib. Habelə Tacikistan tərəfi sərhədə yüngül zirehli texnika, şəxsi heyət və avtomobil texnikası cəmləşdirir. Qırğızıstan tərəfi vəziyyəti nizamlamaq üçün Tacikistan tərəfi ilə əlaqə saxlamağa çalışsa da, tacik sərhədçiləri telefon zənglərinə cavab verməyiblər. Yaranmış vəziyyətlə bağlı Bişkekdən hökumət rəsmiləri sərhədə yollanıblar. İki Orta Asiya respublikası arasında sərhəd münaqişəsi aprelin 28-də, “Qolovnoy” adlı sovet dövründə tikilmiş su anbarı ətrafındakı mübahisələrə görə başlayıb. Və sürətlə silahlı toqquşmaya çevrilib. Tankların və artilleriyanın da tətbiq edildiyi, iki gün davam edən toqquşmalarda hər iki tərəfdən onlarla hərbçi və mülki şəxs həlak olub. Tərəflər aprelin 29-da axşam atəşin dayandırılması və hərbi bölmələrin sərhəddən geri çəkilməsi barədə razılıq əldə ediblər. (virtualaz.org)
Sərhəddə vəziyyət YENİDƏN KƏSKİNLƏŞDİ - Yeni TOQQUŞMAYA DOĞRU



Qırğızıstan-Tacikistan sərhədində şiddətli toqquşma: yaralılar var
Qırğızıstan-Tacikistan sərhəddində son durum necədir?
Tacikistan- Qırğızıstan sərhədində atışma olub
Sərhəddə NÖVBƏTİ GƏRGİNLİK: Əsgərlər həlak oldu
Tacikistan və Qırğızıstan arasında yeni müharibə başlayır?
Qırğızıstan da qərar verdi: Qoşun göndərir
Tacikistan tərəfdən Qırğızıstan ərazisinə ATƏŞ AÇILDI
Qırğızıstan və Tacikistan sərhəddində gərginlik olub
Qırğız hərbçiləri Qazaxıstandan bu tarixdə çıxacaq
Tacikistan antiterror əməliyyatına başladı
Türkiyədən Qırğızıstan və Tacikistana çağırış
Qırğızıstan-Tacikistan sərhəddində atışma olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 