Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 metr aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını - çobanları müşahidə edib. Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar. Çobanlardan biri isə Qırğızıstan sərhədçisinə tərəf iki-üç atəş açıb. Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün Qırğız Respublikasının sərhədçiləri havaya xəbərdarlıq atəşi açıb, bundan sonra çobanlar Tacikistan ərazisinə qaçıblar.
İlkin məlumata görə, insident zamanı Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb.
Yaxın vaxtlarda tərəflərin sərhəd nümayəndələrinin görüşü baş tutacaq. Hazırda Qırğızıstan-Tacikistan hissəsində vəziyyət sabit kimi səciyyələndirilir.
Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasında dövlət sərhədinin uzunluğu təqribən 980 kilometrdir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından bəri davam edir. Bu məsələnin həll olunmaması iki respublikanın yerli sakinləri və hərbi qulluqçuları arasında, o cümlədən odlu silahdan istifadə ilə dəfələrlə münaqişələrə səbəb olub. Bu münaqişələrdən sonuncusu 2022-ci ilin payızında baş verib və toqquşmalar zamanı 60-dan çox insan həlak olub



Qırğızıstan-Tacikistan sərhədində şiddətli toqquşma: yaralılar var
Qırğızıstan və Tacikistan sərhəddində gərginlik olub
Qırğızıstan da qərar verdi: Qoşun göndərir
Tacikistan tərəfdən Qırğızıstan ərazisinə ATƏŞ AÇILDI
Sərhəddə NÖVBƏTİ GƏRGİNLİK: Əsgərlər həlak oldu
Qırğızıstan-Tacikistan sərhəddində son durum necədir?
Qırğız hərbçiləri Qazaxıstandan bu tarixdə çıxacaq
Tacikistan və Qırğızıstan arasında yeni müharibə başlayır?
Türkiyədən Qırğızıstan və Tacikistana çağırış
Tacikistan antiterror əməliyyatına başladı
Qırğızıstan sərhəddən 11 min vətəndaşını təxliyə etdi
Qırğızıstan-Tacikistan sərhəddində atışma olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 