Axşam saatlarında naməlum şəxslər Tacikistan ərazisindən sərhədin mübahisəli hissəsində bir neçə dəfə Qırğızıstan tərəfə atəş açıblar.
Bu barədə Qırğızıstanın "AKIPress" xəbər agentliyi Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Mühafizə Xidmətinin (PS) mətbuat şöbəsinə istinadən məlumat yayıb.
Sərhəd departamentinin mətbuat xidmətinin məlumatına görə, çərşənbə günü yerli vaxtla saat 21:00 radələrində Qırğızıstanın Batken vilayətinin Daxma ərazisində şərti sərhəd xəttinin yaxınlığında naməlum şəxslər 7 nəfəri atəşə tutublar. Tacikistan istiqamətindən 8 atəş açılıb. Ehtimal olunur ki, atəşlər ov tüfəngindən atılıb.
Qırğızıstan və Tacikistanın sərhəd zastavalarının rəhbərləri hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün dərhal hadisə yerinə gəliblər. Onlar atışmada iştirak edən şəxslərin axtarışı üçün tədbirlər görməyə razılaşıblar.
Hadisə ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları və yerli hakimiyyət orqanları məlumatlandırılıb. Qırğızıstanın Batken istiqaməti üzrə sərhəd nümayəndəsi Kyyalbek Tolonbayev Tacikistanın Suqd istiqaməti üzrə sərhəd nümayəndəsi ilə telefon danışığı aparıb. Dövlət sərhədində təxribatların qarşısını almaq üçün tədbirləri müzakirə edib.
"Saat 22:30-a olan məlumata görə, dövlət sərhədinin bu hissəsində vəziyyət sabit, lakin gərginlik elementləri ilə xarakterizə olunur", - "AKIPress qurumun məlumatından sitat gətirib.



Qırğızıstan və Tacikistan sərhəddində gərginlik olub
Sərhəddə NÖVBƏTİ GƏRGİNLİK: Əsgərlər həlak oldu
Tacikistan- Qırğızıstan sərhədində atışma olub
Qırğızıstan-Tacikistan sərhədində şiddətli toqquşma: yaralılar var
Qırğızıstan-Tacikistan sərhəddində son durum necədir?
Tacikistan və Qırğızıstan arasında yeni müharibə başlayır?
Sərhəddə vəziyyət YENİDƏN KƏSKİNLƏŞDİ - Yeni TOQQUŞMAYA DOĞRU
Qırğızıstan da qərar verdi: Qoşun göndərir
Qırğız hərbçiləri Qazaxıstandan bu tarixdə çıxacaq
İranla sərhəddə ATIŞMA: İki hərbçimiz ŞƏHİD OLDU
Düşmən atəşi: əsgərimiz yaralandı
Tacikistan antiterror əməliyyatına başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 