Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən Kəlbəcərdə KİV işçilərinin mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı tvitterdə paylaşım edib. ONN media xəbər verir ki, prezidentin köməkçisi tvitində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsindən sitat gətirərək dünya ictimaiyyətinə münaqişə bölgələrində fəaliyyət göstərən jurnalistlərin və media mütəxəssislərinin təhlükəsizliyinin təmin eliməsinin vacibliyi barədə xatırladıb. “Bununla əlaqədar olaraq (Təhlükəsizlik Şurası – red.) xatırladır ki, silahlı münaqişə bölgələrində təhlükəli peşə fəaliyyətini yerinə yetirən jurnalistlər, media mütəxəssisləri və əlaqəli işçi heyəti mülki şəxs sayılmalı, hörmət edilməli və qorunmalıdırlar”, - H.Hacıyevin qətnamədən paylaşdığı sitatda deyilir. Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.
Prezidentin köməkçisi dünya ictimaiyyətinə səsləndi



Prezidentin köməkçisi: Ermənistanın cəzasız qalması...
Hikmət Hacıyev səs verdi
Hikmət Hacıyev YUNİSEF və BMT-yə çağırış etdi
Hikmət Hacıyev xarici KİV nümayəndələri üçün brifiq keçirdi
Sirac Abışovla vida mərasimi keçirilir
Prezidentin köməkçisi dünyanın aparıcı KİV-ləri üçün brifinq keçirdi
Prezidentin köməkçisi: Düşmən yeni hərbi cinayətlərə zəmin hazırlayır
Hikmət Hacıyev İran səfiri ilə ikinci dəfə görüşdü
Ramil Usubov Təhlükəsizlik Şurasının katibi postunda kimi əvəz etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 