Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovla vida mərasimi keçirilir. ONN media xəbər verir ki, şəhid operatorla vida mərasimi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki evində keçirilir. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdən sonra onun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq. Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
Sirac Abışovla vida mərasimi keçirilir



Ağstafada şəhidlə vida mərasimi keçirilir
Prezidentin köməkçisi dünya ictimaiyyətinə səsləndi
Jurnalistlər Kəlbəcərdə tank əleyhinə minaya düşərək həlak olub - RƏSMİ
Bakıda şəhidlə vida mərasimi keçirilir
Şəhidimizlə vida mərasimi keçirilir
Arif Əliyev son mənzilə yola salınır
Şəhidlərimizlə vida mərasimi başa çatdı - FOTO (YENİLƏNDİ)
Orxan Əsgərovla vida mərasimi keçirilir
Şəhidlərimizlə vida mərasimi keçirilir
Şəhidimizlə vida mərasimi keçirilir - SON DƏQİQƏ
Gəncədə şəhidimizlə vida mərasimi keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 