Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Fərid Seyfullayevin ikinci övladı dünyaya gəlib. ONN media xəbər verir ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan körpə bu gün evə buraxılıb. Fərid Seyfullayevin yeni doğulan körpəsini Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından evə ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, "YAŞAT" Fondunun nümayəndələri, şəhidin hərbiçi yoldaşları və gənc könüllülər əsl bayram abu havası ilə yola salıblar. Əllərindən üçrəngli bayrağımızı və xüsusi şuarları dalğalandıran könüllü gənclər gələcəyimiz olan körpəyə xoş arzularını səsləndiriblər. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova Seyfullayvelər ailəsini təbrik edərək, gələcəyimiz olan körpəyə sağlam həyat arzulayıb. Daha sonra Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən yeni doğulan körpəyə hədiyyələr təqdim olunub. Bu, şəhidin ikinci qız övladıdır. Fəridin birinci övladı Aylanın 1 yaşı var. Şəhid Fərid Seyfullayevin övladının zəruri xərcləri “YAŞAT” Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Sonda şəhidin yeni doğulan övladı xüsusi bəzədilmiş maşın karvanı ilə yaşadığı kənddə yola salınıb. Qeyd edək ki, şəhid Fərid Seyfullayev Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. Seyfullayev 44 günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb.
Şəhid Fərid Seyfullayevin qız övladı dünyaya gəlib



Körpəyə şəhid atasının adı verildi
Şəmsəddin Xanbabayevə yeni vəzifə
Şəhidin doğum günündə qızı dünyaya gəldi
100-cü şəhid övladı dünyaya gəldi
Şəhidin qızı doğuldu
Azərbaycanda bu icra başçıları İSTEFA VERƏCƏK? – SİYAHI
Xaçmazda nə baş verib? - DİN-dən RƏSMİ CAVAB
Vətən müharibəsi şəhidinin adına bulaq açıldı
Şəhidimizin övladı dünyaya gəldi
Şəhidimizin övladı dünyaya gəldi - FOTOLAR
Goranboy rayon icra hakimiyyəti başçısının müavini işdən çıxarılıb
Prezident iki icra başçısını işdən çıxardı - Yeni təyinat
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 