Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Şikar Hüseynovun övladı dünyaya gəlib.
ONN media xəbər verir ki, Goranboy rayonunda doğulan körpəyə Mələk adı verilib.
Şəhid övladının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək.
Qeyd edək ki, Hüseynov Şikar Hüseyn oğlu 1995-ci il oktyabrın 15-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Ş. Hüseynov Çeşməli kənd qəbiristanlığında dəfn edilib.
Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Şəhid Fərid Seyfullayevin qız övladı dünyaya gəlib
100-cü şəhid övladı dünyaya gəldi
Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq
Şəhidimiz dəfn olundu
Bu gün Polad Həşimovun doğum günüdür
Şəhid Səddam Hüseynov dəfn olundu
Eyvaz Hüseynov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Şəhidin doğum günündə qızı dünyaya gəldi
Bu il 154 uşağa Polad, 33 uşağa isə Xudayar adı verilib
Şəhid övladları ilə bağlı MÜHÜM QƏRAR
Şəhidimizin övladı dünyaya gəldi
Məhərrəm İbrahimov və Sirac Abışovun adı bu jurnalistlərin siyahısına daxil edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 