Azərsu ASC 2021-ci ili 552,23 milyon manat xalis zərərlə başa vurub.
ONN media xəbər verir ki, qurumun maliyyə hesabatına görə, bu, 2020-ci illə müqayisədə 70,9% çoxdur. Son nəticədə səhmdar cəmiyyətin yığılmış zərəri 7,6 % artaraq 7 855,686 milyon manata çatıb.
Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 262,947 milyon manat (əvvəlki ilə nisbətən 42,7% çox), satışlarının maya dəyəri 128,729 milyon manat (2,1% az), inzibati xərcləri 28,756 milyon manat (28,9 % az), satış və paylanma xərcləri 146,607 milyon manat (25,3 % çox), digər əməliyyat xərcləri 549,528 milyon manat (2,6 dəfə çox), məzənnə fərqindən gəliri 10,315 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 32,236 milyon manat (4,1 dəfə çox), maliyyə xərcləri 3,450 milyon manat (22,2% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 60 min manat (4,8% az), mənfəət vergisi ödəmələri isə 598 min manat (7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 021,630 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 % çoxdur. 2021-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7 % azalaraq 578,444 milyon manata düşüb, balans kapitalı isə 6 % artaraq 443,186 milyon manata çatıb.
Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır.
Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.
Qeyd edək ki, qurumun ötən ili böyük həcmdə zərərlə başa vurması vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əhali həmin zərərin aradan qaldırılması üçün yenidən qiymət artımına gediləcəyini düşünür.
Əslində zərərin yaranma səbəbi nə ilə bağlıdır və qiymət artımına gediləcəkmi?
Məsələ ilə bağlı AzərsuASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, baş vermiş ziyanın əsasını amortizasiya ayırmaları, yəni əsas vəsaitlərin köhnəlməsi təşkil edir:
“Amartizasiya xərclərini nəzərə almasaq, gəlirlər xərcləri tam bağlayır. Tariflərə isə dəyişiklik gözlənilmir”.



“Azərsu” ötən ili 180,5 milyon zərərlə başa vurub
“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurdu
BNA 32 milyon manat ziyan edib - HESABAT
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
Bu bankın zərəri gəlirindən çoxdur- Bağlana bilər?
Neft Fondunun aktivləri 240 milyon dollar artıb
2024-cü ilin dövlət büdcəsi təsdiq edildi
Dövlət büdcəsi son oxunuşda qəbul edildi
Dövlət agentliyinin gəlirləri AZALDI
ARDNF-in aktivləri 45 milyard dolları keçdi
Gələn il Naxçıvana 281 milyon manatdan çox dotasiya ayrılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 