Azərbaycanda 14 yaşlı qızı özündən 22 yaş böyük kişi ilə nişanlayıblar.
ONN media xəbər verir ki, nişan mərasimi 3 gün əvvəl Lənkəranın istirahət mərkəzlərinin birində keçirilib.
8-ci sinif şagirdi olan qızın nişan şəkilləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Parta arxasında oturub dərs oxuyacaq yaşda olmasına baxmayaraq, həmin uşağın barmağına özündən 22 yaş böyük kişi tərəfindən nişan üzüyü taxılıb.
Məsələnin təfərrüatlarını öyrənmək üçün Xəzər TV-nin əməkdaşları həmin qızın yaşadığı Masallı rayonunun Bədəlan kəndində olublar.
14 yaşlı qızın təhsil aldığı məktəbin direktoru Arif Mehdiyev bildirib ki, məsələdən agah olan kimi qızın valideynləri ilə görüşüblər.
Qızın nişanlandığı Rusiya vətəndaşı olan oğlanla da söhbət aparılıb. Ona bu işin məsuliyyəti haqqında məlumat verilib. Həm qız, həm də oğlanın ailəsi təkidlə bildirirlər ki, nikah olmayacaq.
Ailələrdən izahatlar alınıb və məsələ daim nəzarətdə saxlanacaq.
Qeyd edək ki, qızın atası vəfat etdiyi üçün anası ilə birgə babasının evində yaşayır və orta məktəb təhsili almaqla yanaşı, tibbi biliklərə yiyələnmək üçün kursa da gedir.



Azərbaycanda 16 yaşlı qızını 31 yaşlı kişiyə nişanlamaq istəyən ata saxlanıldı
Şəkidə ərə verilən 15 yaşlı qızın yeri məlum oldu
Polis ərə verilən yeniyetmə qızın ailəsini dindirdi
17 yaşlı Gülər niyə intihar edib?- Atası açıqladı
2 dəfə evlənib boşanan şəxs 17 yaşlı qızı qaçırdı - AZƏRBAYCANDA
14 yaşlı qızın nişanlanmasına DİN-dən REAKSİYA
11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏBƏR
Gürcüstanda azərbaycanlı yeniyetmələr nişanlanıb
Zurabişvilidən 14 yaşlı qızın intiharı ilə bağlı AÇIQLAMA
Gəncədə DƏHŞƏTLİ QƏTL: İtkin düşən qızın meyiti zibillikdən tapıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 