Mayın 5-də Lənkəran şəhərinin istirahət mərkəzlərinin birində 14 yaşlı qızla 38 yaşlı kişinin nişan mərasimi keçirilib. Nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub.
ONN media xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, 14 yaşlı məktəbli qızın atası vəfat etdiyi üçün hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur.
K.Ağazadə əlavə edib ki, qız özündən 24 yaş böyük nişanlısı ilə Rusiyada yaşayacaq:
“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq.
Bədəlan kənd tam orta məktəbin direktoru Arif Mehdiyev və Bədəlan kənd ərazi nümayəndəsi Rza Nağıyev belə bir hadisənin olmasını təkzib edib. Neynək! O, təkzib edib, biz araşdıraq da... Mən də bir kiçik araşdırma apardım. Nişan olub və hamı susur. Başqa şəkillər də var, susanların şəkli. Şəkil sizi aldatmasın. “Gəlin” boy-buxunludur, yaşı da 14...”.



Azərbaycanda 16 yaşlı qızını 31 yaşlı kişiyə nişanlamaq istəyən ata saxlanıldı
Gəncədə 14 yaşlı qızı nişanladılar
BİYABIRÇILIQ: Azərbaycanda 13 yaşlı qız ana oldu
Səhiyyə Nazirliyi 5 nəfərin güllələnməsi ilə bağlı məlumat yaydı
Doqquzuncu sinif şagirdi 30 yaşlı kişi ilə evlənir?
Şəkidə ərə verilən 15 yaşlı qızın yeri məlum oldu
Həmin gün kəndə xəbər yayılıb ki… – Toyundan 20 gün sonra öldürülən 16 yaşlı gəlinlə bağlı dəhşətli faktlar
Bakıda 10-cu sinif şagirdi bıçaqlandı
Nişanlanan 13 yaşlı qızla bağlı xəbər var
DƏHŞƏTLİ QƏTL - 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi sonra isə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 