Şuşa Bəyannaməsi tarixi sənəddir. Əminliklə demək olar ki, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü artıq Türkiyə-Azərbaycan hərbi-siyasi əməkdaşlığının tərkib hissəsidir. Bu günə kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bizi sınağa çəkmək istəyirdi, üzünə şillə dəyən kimi anasının yanına qaçan yaramaz uşaq təsiri bağışlayırdı. Bu, ölkəmiz üçün həm də psixoloji təsir mexanizmi idi. Cəmiyyətdə haqlı olaraq fikir formalaşmışdı ki, biz nəyə görə Türkiyə ilə belə bir hərbi saziş imzalamırıq? Hər şeyin zamanı var imiş və o, yetişdi.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsi bütün narahatlıqlara son qoydu:
“Bu ittifaq həqiqətən də unikaldır. Maraqlı məqam ondan ibarətdir ki, bu, heç də Rusiyaya qarşı atılmış addım deyil. Türkiyə Prezidenti Rusiya Prezidentinin də tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin sonlanmasındakı rolunu yüksək qiymətləndirdi. Türkiyə, Rusiya və Azərbaycan arasında bir anlaşma var və bu, Cənubi Zəngəzur nəqliyyat dəhlizinin açılmasına təkan verir. Maraqlı məqam budur ki, Ermənistana bu məsələdə salam verən yoxdur. Dəhlizin açılması adı çəkilən üç dövlətin preroqatividir və Ermənistana “özünü yaxşı aparsan, sən də xeyir götürəcəksən” deyilir.
Şuşa Bəyannaməsini yüksək qiymətləndirirəm və bu əlamətdar hadisə münasibətilə xalqımızı təbrik edirəm!”



Türkiyə səfiri Şuşa Bəyannaməsindən DANIŞDI: "Bizim üçün bir təlimatdır"
Türkiyədən Şuşa Bəyannaməsi ilə bağlı açıqlama
Türkiyə XİN Azərbaycanı təbrik etdi
Ərdoğan da Şuşa Bəyannaməsini TƏSDİQLƏDİ
"Şuşa Baş konsulluğunu Azərbaycanın istədiyi zaman açmağa hazırıq" - Ərdoğan
Amreyev "Şuşa bəyənnaməsi"ndən danışdı
İlham Əliyev və Ərdoğan Şuşada
İlham Əliyev Şentopla görüşdü
İlham Əliyev Şuşada Hakan Fidanı qəbul etdi
Ərdoğandan YENİ MÜQAVİLƏ ANONSU: "Yaxın gələcəkdə Azərbaycanla..."
Zəngilanda hansı məsələlər müzakirə edildi? - Ərdoğan AÇIQLADI
İlham Əliyev Ərdoğana təşəkkür etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 