Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan Müttəfiqlik Bəyannaməsini məmnuniyyətlə qarşıladığımı bildirmək istəyirəm. Şuşa Bəyannaməsi bütün türk dünyasında var olan həmrəyliyi gücləndirməyə xidmət edən bir çox məsələləri özündə əks etdirir.
ONN media xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev Şuşa Bəyannaməsi ilə bağlı bəyanatında deyib.
İki türk dövləti arasında imzalanan bu sənədin bütün türk dünyasının üçün çox təsiredici və xoşagələn olduğunu deyən Baş katib bildirib ki, bu baxımdan Şuşa Bəyannaməsi türk dövlətləri arasında əhatəli əməkdaşlığın ən üst səviyyələrə çatdırılması üçün nümunəvi sənəd olaraq tarixə keçəcək:
“Bəyannamədə əks olunan iqtisadiyyat, nəqliyyat, diaspor, mədəniyyət kimi bir çox mövzu Türk Şurası daxilində mövcud əməkdaşlıq sahələri ilə güclü paralellik nümayiş etdirir. Bəyannamə yalnız iki ölkə və bu ölkələrin xalqlarının deyil, bütün türk dünyasının mənafeyinə xidmət göstərəcək. Azərbaycan və Türkiyə liderləri Türk Şurası və digər türk əməkdaşlıq təşkilatları çərçivəsində hər cür əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha nümayiş etdirdilər. Beləliklə, bəyannamə şura çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın əsaslı olduğunun təsdiqi mahiyyətini daşıyır.
Son olaraq Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələrlə cənubi Qafqazda yeni bir sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini siyasi və hüquqi mexanizmlər vasitəsilə inkişaf etdirmək əzmi Türk Şurasına üzv və müşahidəçi dövlətlər arasında, eləcə də bölgədə hərtərəfli əməkdaşlıq prosesini daha da gücləndirəcəyinə əminəm”.



Türk dünyasının birləşmiş dövləti yaradılır - Amreyev AÇIQLADI
Prezidentdən Şuşa ilə bağlı mühüm sərəncam
Şuşa Bəyannaməsinin ardınca sürətli səfərlər: TŞ aktivləşir
Şuşada mühüm iclas başladı
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
Bu il Şuşa daha bir böyük tədbirə ev sahibliyi edəcək
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Şuşa türk dünyasının mədəniyyət paytaxtı ola bilər
İlham Əliyevdən Şuşadakı konfrans iştirakçılarına müraciət
XİN başçısı Bağdadla görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 