Tələbə kreditləri daha çox dövlət sifarişi qalmaqla yanaşı, öz hesabına təhsil alan tələbələri əhatə edəcək. Burada məqsəd ali təhsilin hər kəs üçün əlçatan edilməsidir.
ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bununla sosial həssas qruplardan olan vətəndaşların ali təhsil almaq imkanı artacaq: "Növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini təhsil tələbə kreditləri ilə həyata keçirə biləcəyik. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra, növbəti tədris ilindən tətbiq ediləcək".
Nazir bildirib ki, tələbə kreditləri iki qrupa veriləcək: "Birincisi sosial həssas ailə qruplarından olan tələbələrə və standart qrupa aid olan tələbələrə veriləcək. Təhsil tələbə kreditləri veriləndə ilkin mərhələdə ehtiyacla yanaşı, giriş balları da nəzərə alınacaq. Yüksək bal burada öncüllük rolu oynayacaq. Bununla rəqabətliliyi də tətbiq edə biləcəyik. Əgər kreditlər verildikdə tələbənin qiymətləri yüksəkdirsə, güzəştlər də nəzərdə tutulacaq. Təhsil tələbə krediti kommersiya yox, təhsilin əlçatanlılığı xarakteri daşıyır. Fond dövlət büdcəsindən maliyyələşir. Tələbə öz təhsilini bitirdikdən sonra təxminən 20 il ərzində vəsaiti ödəyə biləcək. Tələbəyə hərbi xidmətdə olduğu müddətdə, yaxud da işləmədiyi müddətdə kiçik möhlət hüququ veriləcək".
Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universtetin hesabına köçürüləcək.



Təhsil kreditləri kimlərə veriləcək?
Tədris dövlət hesabına aparılarsa... - Nazir
Bu tələbələrə ŞAD XƏBƏR
Təhsil kreditləri almaq istəyənlərə şad xəbər
Bu tələbələr ödədikləri təhsil haqqını geri alacaq
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Tələbə təqaüdləri ilə bağlı nazirdən açıqlama
Tələbə kreditləri haqda yeni təklif
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 