Azərbaycanda sahibkarların tələbələrə təhsil kreditlərin verilməsini təmin edən "Maarifçi" Tələbə Kredit Fonduna sərmayə qoyması, sahibkarların bu işə qoşulması təklif edilir.
ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, bu təklifi Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Trend-ə açıqlaması zamanı irəli sürüb. O bildirib ki, Təhsil Nazirliyi "Maarifçi" Tələbə Kredit Fondunu yaratmaqla aztəminatlı tələbələrin təhsil haqları borcunu ödəyə bilməsinə yardım istiqamətində ilk addımlarını atıb:
"Müşahidələrimizə görə, "Maarifçi" Kredit Fondunun yükünü bir çox ali məktəblər öz üzərlərinə götürüblər. Təəssüf ki, bu fonda sahibkarlar sərmayə qoymurlar. Amma bu işə sahibkarların qoşulmasına ehtiyac var. Bu, əslində iş adamları üçün də bir çox tərəfdən sərfəlidir. Bununla sahibkarlar həm ölkənin gələcəyi olan yeni savadlı nəslin hazırlanmasına kömək edəcəklər, həm də bir neçə ildən sonra tələbələr kreditləri qaytardıqları zaman onun faizləri hesabına gəlir əldə edəcəklər. Bəlkə də sahibkarlar bu işin əsl mahiyyətindən tam xəbərdar deyillər. Bu məsələnin sahibkarların diqqətinə çatdırılmasına, maarifləndirmə işinin aparılmasına ehtiyac var".
İ.Həbibbəyli bildirib ki, "Maarifçi" Tələbə Kredit Fondunun maliyyə imkanları az olduğu üçün təhsil kreditləri hələlik yalnız bakalavriat səviyyəsi üçün nəzərdə tutulur:
"Amma fondun maliyyə imkanları genişlənsə, magistratura, doktorantura üçün də təhsil kreditlərinin verilməsi faydalı ola bilər".
"Maarifçi" Tələbə Kredit Fondundan bildirilib ki, təhsil kreditləri üzrə sahibkarlar tərəfindən fonda indiyə qədər maliyyə qoyulmayıb:
"Fondla bu çərçivədə əməkdaşlıq etmək kifayət qədər sadədir. Bu barədə məlumat Fondun veb saytının müvafiq bölməsində yerləşdirilib".
Xatırladaq ki, "Maarifçi" Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almağa yardım edir. Fondun təsisçiləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetidir.



Təhsil haqqını ödəyə bilməyən tələbələrin diqqətinə
Təhsil kreditləri almaq istəyənlərə şad xəbər
Yeni tələbə krediti sistemi nə vaxtdan tətbiq olunacaq?
Tələbə kreditləri ilə bağlı xəbər var
Təhsil krediti verilən tələbələrin SAYI
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
Təhsil kreditləri kimlərə veriləcək?
Bu tələbələrə güzəşt ediləcək - Nazirdən ŞAD XƏBƏR
Bu tələbələrə ŞAD XƏBƏR
Təhsil Nazirliyindən tələbələrə MÜRACİƏT
Prezident fərmanı: 42 min tələbəyə şad xəbər - Kredit...
Banklar regionlara niyə az kredit ayırır? - Deputat səbəbləri AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 