Futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib.
ONN media xəbər verir ki, C qrupunda Niderland millisindən sonra, Avstriya yığması da pley-offa vəsiqə qazanıb.
Qrupdakı son oyunda Ukrayna seçməsi ilə üz-üzə gələn Franko Fodanın baş məşqçi olduğu kollektiv minimal hesablı qələbə qazanıb. Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüşdə yeganə qolu 21-ci dəqiqədə Feliks Baumqartner vurub. Bu nəticədən sonra xallarını 6-ya çatdıran avstriyalılar 2-ci yerin sahibi kimi qrupdan çıxıblar. Komanda 1/8 finalda A qrupunu ilk pillədə tamamlayan İtaliya millisinə rəqib olub. Bu oyun iyunun 26-da İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq. Ukraynalılar isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.



AVRO-2020: Bakı bu matça ev sahibliyi edəcək
Azərbaycanın yığması 1/8 finala vəsiqə qazandı
Avropa Çempionatı: Millimiz finala yüksəldi
AVRO-2020: İspaniya İsveçrəni penaltilərlə məğlub etdi
Azərbaycanın U-21 millisi Norveçə uduzdu
III avrokubok turnirinin adı müəyyənləşdi
Millimiz seçmə mərhələyə darmadağınla YEKUN VURDU
"Sabah" öz meydanında "Səbail"ə məğlub oldu
Azərbaycan millisindən böyük qələbə
Güləşçimiz erməniyə qalib gəldi
Azərbaycan taekvondoçusu Avropa çempionu oldu
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 