Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 2 medal qazanıb.
ONN media xəbər verir ki, yığma yarışın ikinci günündə 1 qızıl və 1 bürünc mükafata sahib olub.
İlk mərhələdən azad olan Şəms Əlizadə (160 santimetr) debüt görüşündə isveçli Nazaah Valiulla ilə üz-üzə gəlib. Rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazanan taekvondoçu 1/4 finalda Barba Strjemkovskanı (Polşa) da eyni hesabla məğlub edib.
O, yarımfinalda Laura Kuyaçiçlə (Bosniya və Herseqovina) qarşılaşıb və bu görüşü də aktivinə yazıb – 2:0.Ş.Əlizadə uğurlu seriyanı finalda da davam etdirib. Serbiyalı Sanya Brkiçlə döyüşən yığma üzvü bu dəfə də hər iki hissəni qələbə ilə başa vurub. Ev sahibinə 2:0 hesabı ilə qalib gələn idmançı Avropa çempionu tituluna yiyələnib və Belqradda Azərbaycanın Dövlət himnini səsləndirib.
Yığmanın digər üzvü İlyas Hətəmli (160 sm) də fəxri kürsüyə qalxıb. O, ardıcıl olaraq Natan Degiorgio (Malta) və Dmitri Stepurenkonu (Ukrayna) 2:0 hesabı ilə məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Taekvondoçu bu mərhələdə Abubakr Şaxmaqomedovlə (AİN) üz-üzə gəlib. Hətəmli 1:2 hesabı ilə məğlub olduğundan Avropa birinciliyini 3-cü pillədə tamamlayıb.
Qeyd edək ki, Şəms Əlizadə avqustda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş yeniyetmələr arasında dünya birinciliyində gümüş medal əldə edib.



İki boksçumuz Avropa çempionu oldu
İki güləşçimiz Avropa çempionu oldu
Güləşçilərimiz daha 3 medal qazanıb
Güləşçilərimizdən BÖYÜK UĞUR
Azərbaycanın xanım idmançısı dünya çempionu oldu
Mariya Stadnik 8 qat Avropa çempionu oldu
Güləşçimiz erməniyə qalib gəldi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Güləşçimiz dünya çempionu oldu
Daha iki güləşçimiz finala yüksəldi
Hacı Əliyev üçqat Avropa çempionu olub
Qadın güləşçimiz Avropa çempionatının finalına yüksəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 