Hər bir binanın istismar müddəti var. Onların statistikası hələ ki, hazırlanır.
ONN media xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.
O bildirib ki, bu il Bakıda istismar müddəti bitən binaların yenilənməsi barədə məlumatlar toplanır:
“Bu gün bu barədə statistika vermək mümkün deyil. Yəqin ki, bu barədə məlumatlar ilin sonunda təqdim ediləcək hesabatlarda öz əksini tapacaq.
Ümumiyyətlə bina və yaşayış məntəqəsindən asılı olaraq tikililərin yenilənməsi, söküb yenidən tikilməsi və ya restavrasiyası prosesləri var.
Yenilənməyə, sökülməyə zərurət olan binalar Bakının Baş Planında nəzərdə tutulacaq. Bütün bunlar müvafiq qaydalara uyğun şəkildə proqnozlaşdırılır”.
Qeyd edək ki, Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.
Bakı meriyasından bildirilib ki, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur:
"Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yararsız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinetinə də artıq müraciət etmişik”.



Köhnə binalar nə vaxt söküləcək?
Bakıda bu ünvanlarda yerləşən binalar söküləcək - SİYAHI
Bakının baş planı yaxın zamanlarda təsdiqlənəcək
Azərbaycanda bu BİNALAR SÖKÜLÜR - QƏRAR VERİLDİ
Bakıdakı bu binalar söküləcək- Əvəzində isə...
Nərimanovda bu binalar plana düşür
Bakıda 82 yaşayış kompleksin sakinlərinə ŞAD XƏBƏR
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
Bakıda bu binalar söküləcək — ÜNVAN
Bu binalarda yaşayanların NƏZƏRİNƏ
İstismar müddəti bitmiş binalarda mənzillər niyə bahadır? - AÇIQLAMA
Bakıda bu binalar əsaslı təmir olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 