Əfqanıstanda "Taliban" sutka ərzində Qəzni vilayətinin üç qəsəbəsinə nəzarəti ələ keçirib.
ONN media xəbər verir ki, bu barədə Qəzni vilayətindən Millət vəkili seçilmiş Hudad İrfani mətbuata açıqlamasında deyib.
O qeyd edib ki, "Taliban" silahlılar Qəzninin Hoca Öməri, Vaiz və Mukur qəsəbələrinə eyni vaxtda hücumlar təşkil edərək nəzarəti ələ keçiriblər:
"Hücumlar nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələri sözügedən ərazilərdən çıxıblar. Vəziyyət belə davam edərsə, "Taliban" Qəzni vilayətinin bütövünü ələ keçirəcək.
Əfqanıstan Müdafiə Nazirliyindən verilən açıqlamada isə ölkənin şimalındakı Faryab vilayətinin Paşin Kot qəsəbəsi ilə Pervan vilayətinin Şinvari rayonuna nəzarətin Talibandan geri alındığı bildirilib. Sutka ərzində 14 vilayətdə Taliban qruplaşmasına qarşı əməliyyat başladıldığına diqqət çəkilən açıqlamada 235 yaraqlının öldürüldüyü və 161-nin isə yaralandığı qeyd edilib.
Xatırladaq ki, Taliban iyunun 20-də Bəlx və Samanqan vilayətlərində iki rayona, 21 iyunda isə Bəlx-in Devlet Abad, Şolgərə və Kişindeh qəsəbələrinə nəzarəti ələ keçirib. Beləliklə son 2 ayda Talibanın nəzarətinə keçən qəsəbə sayı 45-ə çatıb.
Birləşmiş Millətlər Təşkilatının açıqladığı hesabata görə Taliban şəhər mərkəzləri istisna olmaqla , ölkə ərazisinin 50%-70%-ni nəzarət edir.



Əfqan ordusu bu şəhəri Talibandan aldı
“Taliban” musiqini QADAĞAN EDİR
Əfqanıstanda 135 “talibançı” öldürüldü
“Taliban” Bakıdakı səfirliyə məktub GÖNDƏRDİ
Taliban Pəncşirdə strateji məntəqələri ələ keçirdi
SON DƏQİQƏ: "Taliban" Pəncşir əyalətini ələ keçirdi
"Taliban" Əfqanıstanın Cəlalabad şəhərinə nəzarəti ələ keçirdi
Əfqanıstan "ağ gün"ə çıxır
Pəncşirdə "Taliban"la müqavimət qüvvələri arasında toqquşma oldu
"Taliban" hərbçilərə hücum etdi - 25 ölü
14 "taliban"çı öldürüldü - Əfqanıstanda
Çavuşoğlu "Taliban"a CAVAB VERDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 