İyunun 29-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən 15-ci “RefuFest” mədəniyyətlərarası festivalda Azərbaycan Respublikası da təmsil olunub.
ONN media xəbər verir ki, Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatında könüllü kimi fəaliyyət göstərən Xədicə Əliyevanın təşəbbüsü, Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyinin maddi dəstəyi və Çexiyadakı Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ olunub.
Festivalda Azərbaycan guşəsini ziyarət edən ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov bu kimi festivalların xalqların mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıb. O, bir çox ölkənin də iştirak etdiyi bu festivalda Azərbaycan guşəsinin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib. Səfir gənclərin ölkənin təbliği istiqamətində fəal iştirakını yüksək qiymətləndirib və onlara təşəkkürünu bildirib.
Guşədə nümayiş olunan ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində olan nəşrlər və suvenirlər ziyarətçilərin böyük marağına səbəb olub.
Azərbaycanlı xanımların hazırladıqları milli mətbəx nümunələrindən paxlava, şəkərbura, dolma, dovğa, Qarabağ kətəsinin və Azərbaycan şərablarının dadına baxan qonaqlar məmnunluq hisslərini ifadə ediblər.
Festivalda azərbaycanlı gənclər “Sarı gəlin” xalq mahnısını da ifa ediblər.
Milli geyimdə olan azərbaycanlı gənclər guşəyə yaxınlaşan qonaqlara Azərbaycan mədəniyyəti və milli mətbəx nümunələri haqqında ingilis, rus və çex dillərində ətraflı məlumat veriblər.
Festivalda Azərbaycan guşəsi diqqətçəkən və maraqlı guşələrdən biri kimi yadda qalıb.
Qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Belarus, Kurasao, Çeçenistan, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Ermənistan, Tatarıstan, Ukrayna və Vyetnam xalqlarının mətbəx nümunələri nümayiş olunub, müxtəlif seminarlarda ölkələrin mədəniyyətləri və adət-ənənələri geniş təbliğ olunub.



Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim etdi
Zakir Həsənov bu hərbi pilotları mükafatlandırdı
20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi
Azərbaycan hərbçiləri Moskvada
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
Almaniyada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir keçirildi
“Bacarıqlı gənclər” festivalı keçiriləcək
Hərbçilərimiz festivalda birinci yeri qazandı
Azərbaycan qırıcıları İstanbul səmasında - FOTOLAR
Zakir Həsənov “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak etdi
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi
Azərbaycan cazı Almaniyada
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 