Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı növbəti donor aksiyası keçirilib
RAGB və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Qan Mərkəzində təşkil olunan aksiyada Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Gənclərin xeyriyyə məqsədilə qanvermə aksiyasında fəal iştirak etdiyini bildirən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan tələbə klubunun sədri Simarə Məmmədova aksiyanı keçirməkdə məqsədin onkoloji və digər ağır xəstəliklərdən, o cümlədən COVID-19-dan əziyyət çəkən xəstələrə yardım etmək olduğunu vurğulayıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ildə iki dəfə keçirilən aksiyanın artıq ənənəyə çevrildiyini bildirən RAGB-nin məsul katibi Ceyhun Hüseynov deyib: “13 ildir ki, “Qanın milliyyəti yoxdur” qanvermə aksiyası keçirilir. Hər il olduğu kimi azərbaycanlı gənclər bu xeyriyyə aksiyasında fəal iştirak edirlər”.
Qan Mərkəzinin nümayəndəsi, həkim-transfuzioloq Tatyana Kirillova RAGB ilə uzun müddətdir davam edən əməkdaşlıqdan danışıb, aksiyaya görə birliyin rəhbərliyinə təşəkkürünü bildirib. O, azərbaycanlı gənclərin xeyriyyə aksiyasında iştirakını yüksək qiymətləndirərək, bu ənənənin uzun illər davam edəcəyinə əminliyini ifadə edib.
“Qanın milliyyəti yoxdur” aksiyası üç gün davam edəcək.



Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyaları keçirildi
Leyla Əliyeva bu tələbələrə təqaüd verəcək
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın tapşırığı ilə Rusiyada Azərbaycan vətəndaşı olan tələbələrə dəstək göstərildi
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açıldı
Leyla Əliyevanın təşəbbüsü ilə bu ailələrə yardım edildi
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşdü
Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak edib
YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirildi
Birinci xanımın təşəbbüsü ilə kasıb ailələrə qurban əti paylanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 