Azərbaycanda taxıl biçini mövsümünə start verilib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu il ölkədə 986 min 685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Bildirilib ki, əkin sahələrinin 611 min 967,3 hektarını buğda, 374 min 717 hektarını isə arpa sahələri təşkil edir. Hazırda Azərbaycanın 27 rayonunda arpa biçini davam edir. İyunun 1-nə olan operativ məlumata görə, artıq 19 min 666 hektar sahədə biçin aparılıb. Sahələrdən indiyədək 54 min 600 ton məhsul yığılıb. Biçinin start mərhələsində arpa üzrə orta məhsuldarlıq 27,8 sentner təşkil edir. Ən çox biçin ənənəvi olaraq mövsümə ilk start verən Neftçala rayonunda aparılıb - 8 045 hektar. Biləsuvar, Saatlı, Sabirabad və Cəlilabad rayonlarında biçin aparılmış sahə min hektardan artıqdır. Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək. İyunun 1-nə olan operativ məlumata görə, biçin prosesinə 856 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 289, fiziki və hüquqi şəxslərin isə 429 kombaynı iştirak edir. Hazırda taxıl biçini davam edir.
Azərbaycanda taxıl biçini mövsümünə start verildi



Unun bahalaşmasına əsas var?
Dövlət Taxıl Fondu ərzaqlıq buğda tədarükünə başladı
Bu şəxslərə dövlət tərəfindən kombayn veriləcək?
Azərbaycanda yeni bitki sort və hibridlərinin sınaqları davam etdirilir
Buğdanın qiyməti artdı
Azərbaycan- İran sərhəddində yanğın
Nazirlik fermerlərə çağırış etdi
Taxıl biçinində bəzi prinsiplərə əməl olunmalıdır
Prezident və xanımı Ağcabədidə - YENİLƏNDİ
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayır
Rusiya taxıl terminalını bombaladı
Azərbaycan Qran-prisinə start verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 