“AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına xüsusi önəm verir.
ONN media bildirir ki, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
Onun sözlərinə görə, hazırda “AzerGold” ailəsinin 500 nəfərə yaxın üzvü, eləcə də Cəmiyyətin mədən ərazilərində fəaliyyət göstərən tərəfdaş şirkətlərin 1 000 nəfər əməkdaşı vahid bir amal uğrunda, ölkəmizin sosial-iqtisadi tərəqqəsinə töhfə vermək niyyətilə çalışır: “Sevindirici haldır ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. Bir qədər öncə haqqında bəhs etdiyim strategiyaya uyğun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub".
O qeyd edib ki, sözügedən mərhələnin 2029-2031-ci illəri əhatə etməsi proqnozlaşdırılır.
Z. İbrahimov həmçinin vurğulayıb ki, 5 il ərzində fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər uğurla icra edilərək, xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon 300 min saatı ötüb: “Bu, 5 ildir ki, fəaliyyət göstərən bir müəssisə üçün yüksək göstərici hesab olunur. Hər zaman bu şüarı qeyd edirik: İşçilərin sağlamlığı, təhlükəsiz iş şəraiti əsas öncəliyimizdir”.



"AzerGold”un səlahiyyətləri artırıldı - SƏRƏNCAM
Ötən il “AzerGold” QSC-nin xalis mənfəəti 300%-dək artıb
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
İlham Əliyev “AzerGold”la bağlı sərəncam imzaladı
Kəlbəcərdə axtarış-kəşfiyyat işlərinə başlanıldı
“AzerGold” QSC-də yeni TƏYİNAT
Azərbaycan “Filizçay”dan nə qədər qazanacaq?
“AzerGold” 4 milyon manatlıq satınalma edib
Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılır
Bu ildən etibarən bu şəhərlərdə “DOST” mərkəzləri açılacaq
AMB-da yeni təyinat olub
"2018-ci ildə Azərbaycanın kapital bazarında dövriyyə təxminən iki dəfə artıb" — AFBİA
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 