Azərbaycanın kapital bazarında dövriyyə 2018-ci ildə ötən ilə nisbətən təxminən iki dəfə artıb.
ONN media xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBIA) İdarə Heyətinin sədri Ceyhun İbrahimov bildirib.
İdarə Heyəti sədrinin sözlərinə görə, ümumilikdə Azərbaycanın kapital bazarında, xüsusilə istiqraz bazarında artım var, həmçinin ikinci səhm bazarında, istiqrazların ilkin yerləşdirmə bazarında, REPO əməliyyatlarında və CFD-lərdə inkişaf müşahidə olunur.
C.İbrahimov deyib: "Buna baxmayaraq, bizim əsas məqsədimiz korporativ qiymətli kağızlar bazarında aktivliyin artırılması və bu sahədə fiziki şəxslərin iştirakının təmin edilməsidir. Bu nöqteyi-nəzərdən, biz yerli kapital bazarının potensialının daha böyük olduğunu düşünürük və bu potensialın səmərəli istifadəsi üçün gələn il əhalinin maliyyə savadlılığının artırılması üçün tədbirlərin artırılmasına ehtiyac var".
Assosiasiyanın rəhbəri qeyd edib ki, ümumilikdə Azərbaycanın kapital bazarının 2018-ci ildə inkişafı qənaətbəxş hesab edilə bilər.



Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB?
Bakıda mənzillər ucuzlaşıb - SƏBƏB isə...
Bakıda mənzillərin qiyməti qalxıb
Bakının mənzil bazarında artım
Bakıda mənzillərin qiyməti artıb?
Ən çox mənzil Bakının bu ərazilərində satılır
Bakıda mənzilin və torpağın qiyməti artdı
Mənzil bazarında bahalaşma var
Ev almaq istəyənlərə pis xəbər
Bakıda ev almaq istəyənlərə ŞAD XƏBƏR
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR dəyişdi
Bakıda mənzillər ucuzlaşıb, torpaq isə...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 