“Yüksəliş” müsabiqəsinin final mərhələsinin qalibləri müəyyənləşib.
ONN media xəbər verir ki, 10-11 iyul tarixlərində “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqənin finalında iştirak edən 112 namizəddən 27 nəfəri qalib adını qazanıb. Onlar müsabiqəyə müraciət edən 11760 nəfər arasından idarəçilik bacarıqları və səriştələri ilə fərqlənən şəxslərdir.
Müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilib. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Sözügedən mərhələlərdə strateji düşünmək bacarığı, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, büdcənin idarə edilməsi bacarığı, sosial məsuliyyət, innovativliklərin tətbiqi səriştələri əsasında ekspertlər tərəfindən qiymətləndirmə aparılıb.
Finalda, həmçinin iştirakçılar Təşkilat Komitəsinin üzvləri və idarəçi rəhbərlərin müşahidəsi ilə “Qarabağda ağıllı şəhər” adlı keys üzrə tapşırıqları yerinə yetirib. İdarəçi rəhbərlərin suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra İdarəçi rəhbərlər tərəfindən qiymətləndiriliblər. Belə ki, hər masaya təyin edilmiş mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib.
Müsabiqənin şərtlərinə əsasən, 20 qalibin seçilməsi planlaşdırılsa da, 9 nəfər eyni nəticəsini göstərdiyi üçün Təşkilat Komitəsi eyni balı toplayan iştirakçıların hər birinin səriştə və nailiyyətlərinin ədalətli qiymətləndirilməsi baxımından, onların qalib elan olunmasına qərar verib. Qaliblərin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf qrantı əldə edəcək.



İkinci “Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirilib
Nazirdən “Yüksəliş” müsabiqəsi ilə bağlı gənclərə MÜRACİƏT
Bu şəxslər dövlət işinə imtahansız qəbul ediləcək – RƏSMİ
"Eurovision 2021” BU TARİXDƏ keçiriləcək
Tankçılarımız finala yüksəldi
Komandamız Qazaxıstanda III yeri tutdu
Prezident sərəncam imzaladı
7 yaşlı sürücü - Ağır texnikaları sərbəst idarə edir - VİDEO
Mədəniyyət Nazirliyi “Şuşa İli” ilə bağlı müsabiqə elan etdi
Avropa çempionatlarının final mərhələləri ləğv edildi?
XOŞ XƏBƏR: Daha 488 tələbə təhsil haqqından AZAD EDİLDİ
Müəllimlərin işə qəbulu imtahanları başlayır
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 