Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Laçın dəhlizindən şimal və cənub istiqamətlərində, eləcə də Şuşa - Qırmızı Bazar və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə baxış keçiriblər.
ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, sülhməramlılar inşaat materialları və ərzaq təchizatı olan altı konvoyu müşayiət edib:
“Eləcə də Xocavənd rayonunun ucqar kəndlərinin minalardan təmizlənməsindən sonra mülki infrastrukturun bərpası və əhalinin normal həyatı üçün şərait yaradılması istiqamətində işlər aparılır. 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Gün ərzində 3 hektar ərazi partlamamış hərbi sursat və partlayıcı maddələrdən təmizlənib və Xocavənd rayonundakı 3 bina yoxlanılıb. Ümumilikdə, ötən ilin noyabrın 23-dən bəri 2201,5 hektar ərazi, 657,3 km yol, 1900 bina partlamamış hərbi sursatlardan təmizlənib, 25 677 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib”.



Ermənilər Azərbaycanın icazəsi ilə Xankəndidən...
Qarabağdan SON XƏBƏR
Rusiya MN-dən Laçın dəhlizi ilə bağlı AÇIQLAMA
Qarabağda 24 minə yaxın hərbi sursat tapıldı
Qarabağdakı vəziyyətlə bağlı SON MƏLUMAT
Rusiyadan Qarabağla bağlı SON AÇIQLAMA
Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 