Zəngilanı Naxçıvanla birləşdirəcək yolun yaxın 2-3 il ərzində təhvil verilməsi nəzərdə tutulub.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Zəngəzur dəhliz yolunun tikintisi sürətlə davam etdirilir: "Zəngəzur dəhliz yolu ölkə başçısının bizim qarşımızda qoyduğu prioritet məsələlərdən biridir. Artıq bu yöndə işlər aparılır. Ərazidəki tunellər və viadukların tikintisi ilə əlaqədar olaraq, işlərin təxminən 2023-2024-cü illərdə başa çatacağı gözlənilir".
Saleh Məmmədov həmçinin qeyd edib ki, Şuşaya çəkilən “Zəfər”yolunda isə işlər yekunlaşmaq üzrədir: "Uzunluğu 101,5 kilometr olan 2 zolaqlı yolun sentyabradək istifadəyə veriləcəyi gözlənir. Artıq yolun 25 km hissəsində asfalt-beton örtüyü vurulub. Eləcə də digər ərazi hissələrdə asfalt-beton örtüyünün salınması üçün yol hazır vəziyyətdədir. Avqustun sonu, sentyabrın 15-nə qədər Bakıdan Şuşaya asfalt-beton örtüklü yolla hərəkət təmin olunacaq".
Saleh Məmmədovun sözlərinə görə, Gəncədən Gürcüstan sərhədinə qədər olan 131 km-lik yolun 2 hərəkət zolağından 4 hərəkət zolağına keçirilməsi ilə bağlı işlər də yekunlaşmaq üzrədir: "Gələn il fevralın sonuna kimi bu yol təhvil veriləcək.
Hazırda tikinti işlərinin aparıldığı yollardan biri də Ələt-Astara-İran magistralıdır. Astara şəhərindən İran sərhədinə qədər yolumuz tam hazırdır. Gələn ilin sonuna qədər Astara çayı üzərində körpünün tikintisi və İran tərəfinə 4 zolaqlı avtomobil yolunun çəkilişinin bitməsi gözlənilir". (Musavat.com)



“Zəfər yolu”nun istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
Bakı Dairəvi-1 yolunda təmir gedir - Foto
"Zəfər yolu" istifadəyə veriləcək - BU TARİXDƏN...
Horadiz-Ağbənd yolunun tikintisi davam edir
Azərbaycanda bu yol pullu olacaq - RƏSMİ
Füzuli-Şuşa avtomobil yolunda 3 kilometrlik tunel olacaq
Prezident və xanımı Füzulidə
Zəfər yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Ağoğlana gedən yeni yolun tikintisi davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 