"Bu gün biz 2018-ci ildə təməlini qoyduğunuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədinə qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir". ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyevin Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Bu hissələrdə yolun tam eni 27,5 metr təşkil edəcək. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Qurum rəhbəri bildirib ki, yol ödənişli olduğu üçün bu yerdə turniketlər qoyulacaq: "Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaq".Azərbaycanda bu yol pullu olacaq - RƏSMİ



Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
Azərbaycanda daha bir yol pullu olacaq
Azərbaycanda bu yollar ödənişli olacaq
İlk ödənişli yolun istifadəyə veriləcəyi tarix açıqlandı
Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli
Azərbaycanda bir neçə yol ödənişli olacaq - AYDA
"Zəfər yolu" istifadəyə veriləcək - BU TARİXDƏN...
Prezident və xanımı Füzulidə
Azərbaycanda pullu yollar barədə - RƏSMİ AÇIQLAMA
Zəngilanı Naxçıvanla birləşdirəcək yol bu müddətə təhvil veriləcək - RƏSMİ
Bakı-Quba yolunun tikintisi sürətlə davam etdirilir
Prezident yeni yolun açılışında iştirak etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 