Oktyabrın 26-da Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında videokonfrans keçiriləcək.
ONN media xəbər verir ki, bu barədə YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Tahir Budaqov deyib ki, videokonfransın müzakirə mövzusu Vətən müharibəsində əldə edilən Qələbə və bölgədə yaranan yeni reallıqlardır. O, dəyirmi masanın iştirakçısı olan siyasi partiya rəhbərlərini həmin tədbirə qatılmağa dəvət edib.
Vətən müharibəsində qazanılan Qələbədən sonra Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını qeyd edən YAP Sədrinin müavini deyib: “Artıq YAP Gənclər Birliyinin nümayəndələri Qazaxıstanda səfərdə olublar. Ukrayna və Özbəkistanın siyasi partiyalarından da əməkdaşlıq təklifləri var. Çin Kommunist Partiyası da diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir. Bu görüşün mövzusu ilə bağlı müzakirələr aparılacaq”.
Tahir Budaqov vurğulayıb ki, türk dövlətlərinin siyasi partiyaları ilə ikitərəfli əlaqələrin formalaşması istiqamətində də mühüm addımlar atılacaq.



YAP və AKP əməkdaşlığa dair niyyət protokolu imzaladı
Tahir Budaqov Şamil Ayrımla görüşdü
Mehriban Əliyeva bu sammitə dəvət olundu
Növbədənkənar prezident seçkilərində YAP-ın namizədi kim olacaq? - RƏSMİ
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
AKP-nin nümayəndə heyəti Azərbaycana gələcək
Ərdoğanın partiyası Ermənistana çağırış etdi
YAP və AKP konfrans keçirir
YAP-da Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirildi
YAP prezidentliyə namizədini açıqladı
YAP-ın Veteranlar Şurasının ilk iclası keçirildi
YAP-ın Təftiş Komissiyasının iclası keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 