Operativ Qərargah tərəfindən verilən qərarları müsbət qarşılayıram. Biz vaksinasiyadan keçərək COVID-19-a qalib gələ bilərik.
Bunu açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.
Həkim qeyd edib ki, bizim koronavirusa qalib gəlməyimizin yeganə yolu vaksinasiyadan keçir: “İnsanların könüllü şəkildə peyvənd olunması pandemiya müddətinin qısalmasına böyük təsir edir. İlk olaraq araşdırma aparılmalıdır ki, peyvənd olunmuş şəxslərin neçə faizi xəstələnib. Yəni araşdırmaq lazımdır ki, nə qədər insan bu xəstəliyi yüngül keçirib. Peyvənd olunmamış şəxslər digərlərinə nisbətən bu xəstəliyi ağır keçirir. Bəzi virusa yoluxmuş insanlar isə heç xəstəxanaya getmirlər. Ümumiyyətlə, son zamanlar bu xəstəlikdən ölənlərin içində vaksinasiya olunmuş şəxslər yoxdur. Peyvəndlər insan immunitetini gücləndirir və COVID-19 virusundan qoruyur. İstehsal olunmuş vaksinlər bütün ştamlara qarşı effektivdir. Ola bilsin ki, ştamlara təsir faizinə görə aralarında fərq ola bilər. Biz Naxçıvanda olduğu kimi nizam-intizam qaydalarına riayət etsək və ya İsraildə olduğu kimi əhalinin böyük bir hissəsi vaksinasiya olunsa, bu virusa qalib gələ bilərik. Sərtləşdirilmiş karantin rejiminə ehtiyac yoxdur, nizam-intizam qaydalarına əməl etmək kifayətdir”.



Peyvənd olunanlar niyə maska taxmalıdır?
"Yaxın 2 həftədə bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək"
20 yaşdan yuxarı şəxslərdə koronaya yoluxma artır - Həkim
Bu şəxslər COVID-19-u yüngül keçirir
“Peyvənd sertifikatı” müddətsiz olacaq - RƏSMİ
Kimlərə qızılca əleyhinə peyvənd vurula bilər?
COVID-19 nə zaman mövsümi olacaq?
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
Peyvənd olmayan müəllimlər cəzalandırılacaq?
Peyvənd olunanların sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 