Türkiyənin Antalya şəhərində dünəndən başlayan meşə yanğınları Manavqat qəsəbəsində şiddətlənib.
ONN media xəbər verir ki, qəsəbənin 4 fərqli nöqtəsində meşə yanğını başlayıb. Məlum olub ki, yanğın yaşayış yerləri və əkinçilik sahələrinə də sıçrayıb.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli keçirilən mətbuat konfransında bildirib ki, yanğında 3 vətəndaş dünyasını dəyişib. Nazirin sözlərinə görə, Manavqat mahalının Dikmen məhəlləsində meşəlik ərazidə davam edən yanğın küləyin təsiri ilə böyüyüb və qısa müddətdə bir çox evə yayılıb.
B.Pakdemirli bildirib ki, Türkiyənin müxtəlif yerlərində davam edən yanğınla əlaqədar Antalyanın 18 kənd və məhəlləsi, Adananın 11 kəndi, Mersinin isə 5 kəndi təhükəsizlik məqsədilə boşaldılıb.
Hadisə zonasına giriş tamamilə bağlıdır. Sakinlər polis dəstələri tərəfindən təxliyə edilib.
4 nöqtədən başlayan yanğınlarda qəbiristanlıqlar, zeytun bağları, dəfnə və badam bağları da alovların ortasında qalıb. Yanğın nəticəsində bölgədə heyvanlar tələf olub.
Meşə yanğınlarından zərər çəkmiş şəxslərin sayının 62 nəfərə çatdığı vurğulanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, aidiyyəti qurumların müvafiq bölmələri yanğını hər cür texnika, avadanlıqla söndürməyə çalışır, eyni zamanda işçi heyətinə ehtiyac var. Yanğından zərərçəkən vətəndaşlara üz tutan Prezident əlavə edib ki, onun baş vermə səbəbi ciddi şəkildə araşdırılacaq: “İstəyimiz odur ki, yanğınları ən qısa müddətdə nəzarət altına alaraq söndürə bilək”.
Qeyd edək ki, indiyədək yanğınların söndürülməsinə 2 təyyarə, 8 helikopter, 50 suvarma texnikası, 2 buldozer cəlb edilib.



Türkiyədə yanğınlarla bağlı SON VƏZİYYƏT
Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM
Türkiyədən gözlənilən şad xəbər gəldi
Türkiyədə yanğınlarla bağlı SON DURUM
Türkiyənin bu şəhərində meşə yanğını başlayıb- KƏND BOŞALDILDI
Türkiyənin bu ərazilərində yanğın davam edir
Antalyada meşə yanğını başladı
SON DƏQİQƏ: Türkiyədə istilik elektrik stansiyası YANIR
Türkiyədə yanğınlarla bağlı SON VƏZİYYƏT
Türkiyədə güclü meşə yanğını hələ də davam edir
Türkiyədə meşə yanğını baş verib- Sakinlər təxliyyə olunur
Meşə yanğınları ilə bağlı sevindirici xəbər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 