44 günlük savaş zamanı Ermənistan ordusunda 10 mindən çox əsgərin fərarilik etməsi onsuz da əsgər çatışmazlığından əziyyət çəkən İrəvanı daha acınacaqlı hala salmışdı. Heyət çatışmazlığını aradan qaldırmaq üçün erməni hərbi-siyasi rəhbərliyi bir çox ölkədən pulsuz olaraq göndərilən külli miqdarda silahların əhaliyə paylanılması barədə qərar qəbul etmişdi.
ONN media xəbər verir ki, Ermənistan hakimiyyəti guya bununla “könüllü batalyonlar” yaradacağı və 30 ildir işğalda saxladıqları ərazilərin azad edilməsinə mane olacağını düşünürdü.
10 noyabr 2020-ci il kapitulyasiyasından dərhal sonra isə bəlli oldu ki, “könüllü döyüşmək üçün” Azərbaycanın Qarabağ bölgəsinə gələn və burda heç bir hesab və qeydiyyat aparılmadan, sağa-sola paylanan silahları ələ keçirən ermənilər həmin silah-sursatla da Ermənistana geri dönüblər. Bu silahların əhalidən yığılması üçün bir neçə dəfə elan verən Ermənistan hakimiyyəti isə istəyinə çata bilmədi və nəticədə hazırda erməni əhalisinin əlində olan silahlar səbəbindən kriminogen durum həddən ağır gərginləşib. Hər gün erməni mediasıda Ermənistanda silahlı qarşıdurmalar, atışma olduğu haqda məlumat yayır.
Elə bu gün Geqarkunik əyalətində “Kalaşnikov” avtomatı ilə növbəti cinayət baş verib. Belə ki, Qoşabulaq (Şatcrek) kəndinin sakini Vaqan Q. şəxsi zəmində mübahisə etdiyi Ara A.-nı və onun “Qazel” avtomobilini avtomatdan atəşə tutub.
Daha bir cinayət isə yenə bu gün İrəvanın mərkəzində, həm də gündüz saatlarında baş verib. Tibbi maskada valyutadəyişmə məntəqəsinə girən naməlum erməni əl qumbarası ilə oradakıları təhdid edərək, külli miqdarda vəsaiti alaraq aradan çıxmağı bacarıb.
Bu, yalnız bu gün müharibə zamanı əhaliyə paylanılan silahlardan istifadə ilə baş verən cinayətlərdir.
Xatırladaq ki, külli miqdarda silahlar yalnız işğal altında saxlanılan Qarabağda paylanmırdı. Ermənistana çatdırılan hərbi silah-sursat da “könüllü” olmaq istəyənlərə dərhal təqdim edilirdi. Silahları alanların böyük əksəriyyəti isə Azərbaycan torpağında ölmək istəmədiyindən, öz evlərinə gedirdilər.
Hazırda da Ermənistan hakimiyyəti xüsusilə Azərbaycanla sərhədə yaxın ərazilərdə yerləşən əhalinin əlində külli miqdarda silah olmasına göz yumur. Bu isə yalnız sərhəddə əhalinin azərbaycanlılara qarşı aqressivliyini təmin etmir, həmçinin bu silahları ermənilər bir-birinə qarşı da tətbiq edirlər.(axar.az)



Paşinyanın növbəti həyasızlığı
Ermənilər Qarabağa qayıtmamağa qərar verdi
ŞOK İDDİA- Bu yolla Ermənistana PUA daşınır
Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al
Rusiyadan Ermənistana külli miqdarda silah keçirilir
Sərhəddə daha bir erməni əsgər öldü
Ukrayna Azərbaycana silah göndərib?
Ermənilər bu ölkədə hərəkətə keçdi
Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu
Ukryana vətəndaşı: “Ərazilərin azad olunmasında könüllü olmağa hazırıq”
DİN vətəndaşlara çağırış etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 