İmmunoloq Nikolay Kryuçkov koronavirusa qarşı peyvənddən sonra temperaturun yüksəlməsinin vaksindən sonrakı yeganə mümkün təzahür olmadığını söyləyib.
ONN media xəbər verir ki, ekspert peyvənddən sonra hərarətin yüksəlməsinin səbəblərindən danışıb.
“İnyeksiya yerində ağrı və qıcıqlanma, bədən istiliyinin artması, ümumi zəiflik və halsızlıq kəskin respirator virus infeksiyalarının (KRVİ) klassik təzahürləri ola bilər. Bütün bu simptomlar qeyri-spesifik immunitetin aktivləşməsi və immun sisteminin bu cür qeyri-spesifik stimullara reaksiya vermə qabiliyyəti ilə əlaqədardır. Lakin bu hallar immun cavabın meydana gəlməsinin aktivliyini birbaşa göstərmir. Peyvənddən sonrakı erkən təzahürlərdən asılı olmayaraq, ikinci dozadan bir neçə həftə sonra sabit antikor səviyyəsi meydana gələcək”, - immunoloq “RİA Novosti”yə müsahibəsində bildirib.
Həkim qeyd edib ki, insanda peyvənddən sonra heç bir problem və ya hərarət olmursa, bu o demək deyil ki, immunitet əmələ gəlməyəcək:
“Digər tərəfdən, bir adam peyvənddən sonrakı 3 gün ərzində 39 dərəcə temperaturda yatırsa, bu, immunitet reaksiyasının daha yüksək olacağını göstərmir”.



Peyvənd bu şəxslərdə əks göstəriş verə bilər - DİQQƏT!
Peyvənddən neçə gün sonra antikor səviyyəsi düşür?
Bu peyvəndin yan təsirləri aşkar edildi
Təhlükəli 42 gün: Bu müddətdə koronavirusa yoluxmayın
Qızılcadan daha sürətli yayılır
Peyvənd virusun bütün növlərinə qarşı immunitet yaradır?
Koronavirusun nadir rast gəlinən FƏSADI AŞKARLANDI
COVID-19-dan sonra bu xəstəlik yarana bilər - XƏBƏRDARLIQ
Putin peyvəndin yaratdığı əks təsirlərdən danışdı
Eyni zamanda qripə və koronavirusa yoluxmaq mümkündür?
Bu 4 halda koronaya yenidən yoluxma baş verir
Adi soyuqdəymə ilə səhv salınan 4 TƏHLÜKƏLİ XƏSTƏLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 