Koronavirus peyvəndi virusun bütün növlərinə qarşı immunitet yarada bilər. ONN media xəbər verir ki, bu barədə “Vektor” Elmi Mərkəzinin Yekaterinburq Virus İnfeksiyaları İnstitutunun rəhbəri Aleksandr Semyonov danışıb. “Xəstələndikdən sonra təbii olaraq formalaşmış immunitet təəssüf ki, peyvənddən yaxşı deyil. Virus dəyişir. Bir insan məsələn, virusun klassik Uhan variantına yoluxubsa, Britaniya ştammı və ya başqa bir növə yoluxa, yenidən asanlıqla xəstələnə bilər. Peyvənd elə hazırlanıb ki, immuniteti bütün viruslara xas olan ümumi yerləri “vurmağı” öyrədir”, - virusoloq izah edib. Mütəxəssis koronavirusun və ştammlarının dəyişkənliyinin elm adamları və həkimlər tərəfindən aktiv şəkildə izlənildiyini qeyd edib. Buna görə, vaksindən sonrakı immunitetin yox olma ehtimalı barədə narahat olmağa dəyməz. Semyonovun sözlərinə görə, tədqiqatçılar on illərdir sınaqdan keçmiş sovet vaksinlərinin inkişaflarını dəyişdirib. Bu, son məhsula daha çox güvənməyə imkan verir. Ancaq vaksin maska taxma ehtiyacını aradan qaldıra bilməz: “Məsələn, koronavirusa yoluxmuş bir insanı öpdünüzsə, bir müddət COVID-19 patogenini ətraf mühitə ötürəcəksiniz. Bəli, özünüz çox güman ki, xəstələnməyəcəksiniz, ancaq başqalarını yoluxdura bilərsiniz. Düşünməlisiniz. Yalnız özünüz haqqında deyil, başqaları haqqında da”.
Peyvənd virusun bütün növlərinə qarşı immunitet yaradır?



Peyvənddən sonra hərarət yüksəlirsə...
Öpüşüb-görüşməkdən imtina edin! - Professor
COVID-19 peyvəndi immuniteti zəif olanları qoruyurmu?
Koronavirusla qrip üst-üstə düşərsə, fəlakət olacaq – ALİMLƏR
Koronavirus gələn il yenə qayıdacaq?
“Omikron” ştamının əsas təhlükəsi AÇIQLANDI
TƏBİB Britaniya ştammı ilə bağlı əhaliyə ÇAĞIRIŞ ETDİ
Rusiyalı həkimdən açıqlama- 2 aya koronavirus...
Baş infeksionistdən koronavirusla bağlı — BƏD XƏBƏR: 6 ay...
Alim açıqladı – İmmunitet koronavirus üzərində nə qədər təsirli olur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 