Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 12-də saat 19:40-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ ).
Qəbul olunan şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat prosesi 2021-ci il avqustun 18-dən 25-dək aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.



Boş qalan plan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Müsabiqənin nəticələri elan olunub
DİQQƏT: Nəticələr elan olundu
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
DİQQƏT- Nəticələr açıqlandı
Kolleclərin boş yerlərinə qəbul olanların sayı açıqlandı
DİM nəticələri elan etdi
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT - Nəticələr açıqlandı
Rezidenturaya qəbulun nəticələri elan olundu - DİM
DİQQƏT- Nəticələr elan olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 