Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri avqustun 14-də saat 14:00-dan etibarən DİM-in internet saytında yerləşdirilib.
Dövlət İmtahan Mərkəzindən ONN media-ya verilən məlumata görə, bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 15-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.
Magistraturanın boş qalan 2533 plan yerinin müsabiqəsində iştirak etmək üçün 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2018-ci il avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.
Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.



DİQQƏT: Nəticələr elan olundu
Boş qalan plan yerlərinə müsabiqənin nəticələri AÇIQLANDI
Magistrantların NƏZƏRİNƏ
DİQQƏT- Nəticələr açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT- Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
DİQQƏT - Nəticələr açıqlandı
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT: Nəticələr açıqlandı
Magistraturaya boş qalan yerlərə qəbul elan edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 