"Azərbaycan nota verməklə İranın normal qonşuluq məcrasına dönməsini hədəfləyib".
Bunu açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Ekspert İranın notanı cavablandırmasının zəruriliyini qeyd edib:
"Azərbaycan nota vermək qərarını qəbul etdiyi vaxt bu qərardan sonra yarana biləcək vəziyyəti nəzərə alaraq bu addımı atıb. Düşünürəm ki, Azərbaycan nota vermək və İran tərəfinə bu qanunsuz əməlləri barədə sübutlar təqdim etməyi daha məqsədəuyğun hesab edib və bununla Azərbaycan-İran arasındakı münasibətlərin pisləşməsini deyil, normal qonşuluq məcrasına dönməsini hədəfləyib. Beləliklə mən bu notadan sonra iki qonşu dövlət arasında münasibətlərin daha da kəskinləşməsini gözləmirəm. İran hələ ona diplomatik dillə edilən narazılığı, notanı cavablandırmalı və ermənilərə gedən yüklərin mənbəyi haqqında izahat verməlidir".
Politoloq Azərbaycanın İrana ünvanladığı sualların cavabsız qalacağı halda atılacaq addımlar barədə qarşı tərəfə xəbərdarlığın edildiyini bildirib:
"Bəlkə İran ermənilərə yük daşıyan maşınların elə İran nömrələri altında gizlənən yük maşınları olduğunu bildirəcək və bununla da Ermənistanın iki ölkə arasında təxribat yaratmaq cəhdlərini ortaya qoyacaq. Yaxud, belə halların baş verdiyini boynuna alıb, bundan sonra təkrar olunmamasına çalışacaq? İstənilən halda İran tərəfindən ölkələrimiz arasında münasibətlərin daha da kəskinləşməsi istiqamətində addımların atılacağını düşünmürəm. İran daxili vəziyyəti və xaricdən olan ciddi təzyiqləri nəzərə alaraq qonşu dövlətlərlə münasibətlərin pisləşməsinə gedə bilməz".(olaylar.az)



İranın Qarabağ qadağasına Bakı dərhal cavab verdi
Azərbaycan İrana nota verdi
SON DƏQİQƏ: Səfirimizə nota verildi
İran Azərbaycana nota verdi
Azərbaycan İrana nota verdi
İran Britaniyaya nota verdi
İran meydan oxudu: ABŞ körfəzə girsə... - Şok ssenari
İran səfiri XİN-ə çağırıldı- SƏBƏB NƏDİR?
İran BU SƏBƏBDƏN sərhədə qoşun yığdı - AÇIQLAMA
İran Fransadan qisasını alacaq
Azərbaycan İrana nota verib - XİN sözçüsü
Azərbaycan XİN İrana cavab verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 