Bu hadisələr ilk dəfə başlayanda da İranın ölkəmizə qarşı ittihamlarının əsassız olduğunu qeyd etmişdim. Azərbaycanla münasibətləri korlamaq İranın işinə heç bir şəkildə yaramır. Çünki bu iki xalqı, ölkəni birləşdirən amillər çoxdur - ortaq mədəniyyətə, çoxəsrlik xalqlararası dostluğa malikik və yaxın qonşuluq münasibətlərimiz var.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanın iki iranlı sürücünü ölkəsinə geri qaytarmasını şərh edərkən deyib.Onun sözlərinə görə, proseslərin əvvəlindən Azərbaycan böyük səbir və siyasi təmkin nümayiş etdirib:“Prezident İlham Əliyev də nəhayət, İranın əsassız ittihamlarından əl çəkəcəyinə, yenə də iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bərqərar olacağına ümidini ifadə etmiş və cənub qonşumuzu yeni reallıqlara uyğun davranmağa çağırmışdı”.
Politoloq İran və Azərbaycanın son qarşılıqlı addımlarının ümumi regiona müsbət təsir edəcəyini vurğulayıb:“İranın ötən gün Laçın dəhlizindən Qarabağa qanunsuz yük daşınmasını rəsmi şəkildə qadağan etməsi ilə bu gün Azərbaycanın dövlətimizin qanunlarını pozan iki iranlı sürücünü təhvil verməsi Bakının müsbət mesaja dərhal qarşılıq verdiyinin sübutudur. Azərbaycan bir daha göstərdi ki, qonşuları ilə problem istəmir, ancaq milli maraqlarından da bir addım geri çəkilən deyil. Azərbaycanla İran arasında münasibətlərin yüksək səviyyədə olması bütün bölgədə dayanıqlı sülh və sabitlik üçün vacib bir məsələdir. Üstəlik həm Azərbaycan, həm də qardaş Türkiyə “Altılıq” formatı çərçivəsində bölgədəki problemlərin həllində və gələcək layihələrin reallaşdırılmasında İranla əməkdaşlığa xüsusi önəm verir.Güman edirəm ki, bundan sonra İran Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu, Bakı ilə hərbi ritorikada danışmağın yersizliyini anlayacaq və normal qonşuluq münasibətlərini bərabər səviyyədə inkişaf edirəcək. İran növbəti addımlar atacaq və Ermənistanı revanşizmə sürükləməkdən əl çəkəcəksə, bundan həm iqtisadi, həm də siyasi anlamda özü də udacaq”.



İranın Azərbaycanla münasibətləri... - Səccadpur
Tehran Bakıdakı səfirini niyə geri çağırdı?
İran XİN rəhbəri: “İranın cavab tədbirləri başa çatıb”
Rəsmi Bakıdan İranın sərhədə hərbi texnika cəmləməsinə REAKSİYA
İranın Bakıya “qadağa” tətbiqinin hədəfi - Korıbko
İran meydan oxudu: ABŞ körfəzə girsə... - Şok ssenari
Tehran bu yolla Bakıdan “əvəz” çıxdı – Bilgin
ABŞ-İran müharibəsi başlayır?- ŞOK CAVAB
İran BU SƏBƏBDƏN sərhədə qoşun yığdı - AÇIQLAMA
Yerevanda Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi
Tehran niyə susur? – "Azərbaycanın notasına cavab verməsə..."
İranın yeni Prezidenti Qarabağa görə İlham Əliyevi təbrik etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 