Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğrayan Rusiyanın “Be-200” tipli amfibiya təyyarəsinin göyərtəsində olan səkkiz nəfərin meyiti “Sikorsky” helikopteri ilə hadisə yerindən götürülüb.
Qəzada həlak olanların şəxsiyyəti müəyyən edilib və müayinə üçün Kahramanmaraşda tibbi ekspertizaya verilib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli faciə ilə bağlı açıqlamasında bildirib ki, təyyarənin “qara qutu”su araşdırlandan sonra ictimaiyyətə daha geniş məlumat veriləcək.
İlkin məlumata, o cümlədən şahid ifadələrinə görə, dağlıq bölgədə alovların üstünə su tökən təyyarə müvazinətini itirərək qayaya ilişib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu üzüntülü hadisə ilə bağlı Türkiyə və Rusiya xalqlarına başsağlığı verib. Nazir ifadə edib ki, meşə yanğınlarında iştirak edən bu şəxslərin fədakarlığı unudulmayacaq.
Qeyd edək ki, Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülən “Be-200” tipli amfibiya təyyarəsi avqustun 14-də Ankara vaxtı ilə saat 14:35-də su tökməklə meşə yanğınlarına müdaxilə edərkən qəzaya uğrayıb. Göyərtədə üçü türkiyəli mütəxəssis, beşi rusiyalı hərbçi olmaqla səkkiz nəfər olub.



Azərbaycan və Türkiyə nazirləri Qarabağa getdi
Türkiyədən gözlənilən şad xəbər gəldi
Azərbaycanla Türkiyə arasında Kənd Təsərrüfatı Sığortası üzrə Əməkdaşlıq Protokolu imzalanıb
Türkiyədə DƏHŞƏT YAŞANIR: xeyli sayda kənd boşaldıldı, ölənlər var
Türkiyədə güclü meşə yanğını hələ də davam edir
Azərbaycan Türkiyəyə başsağlığı verdi
Türkiyədən yanğınla bağlı son xəbər
Fransada təyyarə qəzası- 2 pilot öldü
Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM
Çavuşoğlu Azərbaycana belə dəstək oldu
İlham Əliyev türkiyəli naziri qəbul edib
Çində təyyarə qəzası: 132 nəfər HƏLAK OLDU
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 