Martın 21-də qəzaya uğramış “Çin Şərq Hava Yolları” (“China Eastern Airlines”) şirkətinin “Boeing 737-800” sərnişin təyyarəsinin göyərtəsində olan 123 sərnişin və 9 heyət üzvünün hamısı ölmüş elan edilib.
Bu barədə Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini Hu Cencian martın 26-da keçirdiyi mətbuat konfransında məlumat verib. O, indiyədək aparılmış axtarış işləri nəticəsində təyyarədə olanlardan heç kimin sağ qalmasına dair iz tapılmadığını bildirib. “Biz müşahidə kameralarının video görüntülərini, hava hərəkətini idarəetmə məlumatlarını və qəza yerində dağıntıların strukturunu təhlil etdik. Biz əmin ola bilərik ki, qəzadan heç kim sağ çıxmayıb”, - deyə Hu Cencian bildirib.
Mətbuat konfransında ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çin Mülki Aviasiya İdarəsi rəisinin müavini bildirib ki, qəza yerində axtarış işləri davam etdiriləcək.
Qeyd edək ki, Çinin Kunmin şəhərindən Quancou şəhəri istiqamətində uçarkən qəzaya uğrayan təyyarə Quansi Cuan muxtar bölgəsinin Tensiən rayonunda böyük sürətlə dağa çırpılıb və alışıb. Dağlıq və sıx meşəlik ərazidə yağışlı havanın yaratdığı torpaq sürüşmələrinin və palçıq axınının səbəb olduğu çətin şəraitdə aparılmış axtarış işlərinin nəticəsində sərnişin və heyət üzvlərindən heç kim sağ tapılmayıb. Bu müddətdə yalnız təyyarənin müəyyən hissələrinin irili-xırdalı qalıqları, “Qara qutu”lardan biri, insan cəsədlərinin qalıqları tapılıb. Təyyarədəki 114 sərnişinin və 6 heyət üzvünün şəxsiyyəti müəyyən edilib.
Axtarış işlərinə polis, hərbçilər də daxil olmaqla 7 min nəfər şəxsi heyət, 100-dən çox texnika, xüsusi təlim görmüş itlər cəlb olunub. Axtarış işlərində dronlardan da geniş istifadə edilir. Qəzanın səbəblərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edən “Qara qutu”dakı səs yazılarının oxunması təxminən 10-15 gün vaxt tələb edir. Səlahiyyətli qurumlar təyyarənin partladılması ilə bağlı iddiaları qəti rədd edərək, qəza yerində partlayıcı maddələrin komponentlərinin aşkar olunmadığını bildiriblər. Bundan başqa, qəza yerindən tapılmış qalıqların fiziki və kimyəvi analizlərinin nəticələri də partlayıcı maddə komponentlərinin aşkarlanmadığını göstərir.



Azərbaycan da "Boeing 737 MAX-8"dən imtina etdi
174 sərnişin olan təyyarə QƏZAYA DÜŞDÜ
İranda dəhşətli təyyarə qəzasının səbəbi məlum olub
Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı: 8 ölü
Qorxunc qəzanın baş verdiyi an - VİDEO
Təyyarə qəzaya uğradı - 33 sərnişin...
İrandan dünyanın gözlədiyi suala CAVAB
Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı: yaralılar var
SON DƏQİQƏ: Sərnişin təyyarəsi qəzaya uğrayıb- 83 nəfər...
Helikopter qəzaya uğradı - 4 ÖLÜ
Sərnişin təyyarəsi qəzaya uğradı — ÖLƏNLƏR VAR
Ukraynada dəhşətli TƏYYARƏ QƏZASI: 22 hərbçi ÖLDÜ
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 