Ermənistan kapitulyasiya aktını imzalayandan sonra da bizdən vaxt istədilər. Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur.
ONN media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən söyləyib.
Zaman dəyişsə də, erməni faşizminin dəyişmədiyini və dəyişməyəcəyini bildirən dövlətimizin başçısı deyib: “Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır. Amma onların hamiləri bunu görmək istəmirlər. Amma görməlidirlər və görəcəklər. Onların gözünə soxacağıq. Biz indi kitablar da dərc edirik, göstəriş vermişəm, təqdimatlar da olacaq. Xarici ölkələrdə sərgilər olacaq. Biz göstərəcəyik. Bunu görmək istəməyən məcbur olub görəcək. Görəcək ki, erməni faşizmi, erməni vəhşiliyi nədir”.



İlham Əliyevdən Ermənistana növbəti XƏBƏRDARLIQ
Atəşkəsdən sonra 3 dəfə Hadrutu işğal etmək istədilər - İlham Əliyev
Prezidentdən ermənilərin Qarabağa köçürülməsinə MÜNASİBƏT
Son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur - İlham Əliyev
"Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq"
Kəlbəcər və Laçını boşaltmaq üçün... - Prezident şərtini açıqladı
Əsas güclər Ermənistanın arxasında idi- İlham Əliyev
Ermənilər Ağdamda da evləri yandırır - “TRT Haber”
Laçın şəhəri bizə nə vaxt qaytarılacaq? - Prezident AÇIQLADI
Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb - Prezident
Bunu Qarabağda da göstərdik - Ərdoğandan SƏRT ÇIXIŞ
İlham Əliyev: Bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 